Fironcasına Allahlaşan məmur ordusu...

10:00 08-11-2018 | icon 46 | Köşə
Fironcasına Allahlaşan məmur ordusu...

 

 

...VƏ QULLAR DÜNYASININ AZADLIQ HƏSRƏTİ

 

 

 

 

İGİD TEYMURLU

 

Həyatı boyu şikəst qalacağını anlayan uşaq birinci olaraq bu halından qorxur. Onun daxilini saran bu qorxu zaman ötdükcə uşaq üçün adiləşir. Və beləliklə, uşaq öz acı taleyi ilə barışmalı olur, yaşamaq eşqinin hənirtisində xəstə görünüşündə o da başqaları tək özünü xoşbəxt uşaq sanır...


Məmləkətimizin bugünkü görünüşündə sezilən darısqallıqda “mən”dən başlanan Vətən elə “mən”im içimdə də boğulmaqdadır. Karlar, korlar dünyasında biz də xəstə uşaq tək öz taleyimizlə barışmışıq...


Müstəqil dövlət olaraq var olmağımız bizim üçün ən böyük nemət və ən böyük bir qürurdur. Əcəba, bəs bizlər bu qürurverici xoşbəxtliyin dadını çıxara bilirikmi?!  Sosial yönümlü ödənişlərlə millətin son tikəsi belə ƏLİNDƏN ALINIRSA, bir loxma çörək qazanmaq günün əsas problemi səviyyəsinə QALXIRSA, mənəviyyat para hesabına ZORLANIRSA, ataların  qüruru zamanın məcburiyyəti məngənəsində SINDIRILIRSA, günümüzün siyasətçiləri bugünkü palitraya para müqabilində “90-60-90” ölçülü qiymətlə yanaşırlarsa, onda hansı “dad”dan, onda hansı ”təam”dan danışmaq olar?!


Laqeyd adamlar üçün zillətin özü də asan gürünür. Ətrafımız laqeyd ikiayaqlıların ormanına çevrilib. Böyük Azərbaycan YOLÇUSUnun əhdi kəsilib...


Uca Tanrı qul haqqını heç zaman bağışlamır. Yığdıqları milyardların qarşılığında bu dünyadan bir kəfənlə köç edənlər sizlərə görk olmadımı? İNSAN ÖMRÜNÜN UZUNLUĞU yaddaşlara necə həkk olunmasıyla ölçülür, sırınan təqdimatlarla yox...


Ziyalısıyla fəhləsi borc içində olan millətin sabahı da qatı dumanlıq olacaq. Zülmətə işıq saçan MÜƏLLİM bu gün özü qaranlıqların girdabında can verir. Dövlətin iqtisadi sütununu belinin və əlinin donqarları, qabarlarıyla ayaqda saxlayan FƏHLƏnin ürəyi də o gündədirsə, sabahımızı kimlər təmin edəcək? Bax onda bütün duyğularımız, baxışlarımız elə həmin dumanlıqlarda itib batacaq. Sizlər bunumu istəyirsiniz, cənab fironcasına Allahlaşan məmur ordusu!?

 

Azərbaycanın bugünkü inkişaf səviyyəsi FƏHLƏNİN QABARLI ƏLLƏRİ, MÜƏLLİMİN DƏRS OTAQLARINDA ÇÜRÜNƏN ÖMRÜ sayəsində əldə olunub...

 

Axı bu biçarə millət də elə siz siyasi qartımışlar kimi öz övladlarına gün ağlamaq, sizlər kimi öz nəvə-nəticələrini onların zövq aldıqları məkanlarda əyləndirmək, az da olsa bu dünyanın dadını çıxarmaq istəyirlər. Di gəl ki, siz Tanrılıq eşqinə düşənlər əlinizdə imkan olsa Uca Yaradanın bizlərə verdiyi ömür payımıza da şərik çıxarsınız. Milləti gerçək həyatdan çiyrindirib, intihara sövq etməklə nəyin peşindəsiniz!?.

 

Çıxın bu “xoşbəxt xalq”ın içərisinə, ətrafa boylanın. Baxın dediyiniz “xoşbəxtliklər”ə. Baş vurun sahibi olduğunuz banklara, gəzin sahibi olduğunuz xəstəxanaları, seyr edin ətrafında küçə itləri hürüşən “qul bazarlarını”...


Siz xalqdan nə istəyirdinizsə, hamısını xalq edib. Bəs xalqın sizdən nə gözlədiyi barədə xəbər verə bilərsinizmi?.. Heç problemlərini, xəstəliyini bir yana qoyuram, körpəsinə oyuncaq ala bilməyən atanı oyuncağa çevirməklə nə əldə etmək istəyirsiniz, cənablar?..

 
Siz xalqı “başqa yerlər”ə, xalq isə sizləri konkret olaraq ÖZ DÜNYALARIna - QULLAR DÜNYASIna dəvət edir: bütün acizliklərinə və yalavac dolanmalarına baxmayaraq qəlblərinin dərinliklərində azadlığın dadlı həsrətini yaşatdıqları Qullar Dünyasına. Və... Və sonda bir şeyi unutmayaq: axı biz hamımız bir quluq – Allahın Qulu: ağsaqqalımız, ağbirçəyimiz, qarasaqqalımız, qarabirçəyimiz, qərəz, yaşamaq eşqinin hənirtisində qızınan xəstələrimizlə birgə o qulluğun sevdalısıyıq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq