Әqli Mülkiyyәt Agentliyinin nümayәndәsi İsveçrədə beynәlxalq tәdbirdә iştirak edib

13:17 13-11-2018 | icon 60 | Cəmiyyət
Әqli Mülkiyyәt Agentliyinin nümayәndәsi İsveçrədə beynәlxalq tәdbirdә iştirak edib

 

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) təşkilatçılığı ilə “Rəqəmsal erada əqli mülkiyyət və bilik axını” mövzusunda seminar keçirilİb.

Trend-in məlumatına görə, 30 ölkənin nümayəndələrinin qatıldığı beynəlxalq tədbirin məqsədi bilik üzrə ticarətdə mövcud hüquqi və siyasi mənzərəni sistemli şəkildə nəzərdən keçirilməsi, transsərhəd bilik axınlarının izlənilməsi və bunun nəticələrinin öyrənilməsi sahəsində təcrübə mübadiləsi olub.

İki günlük seminarda ÜTT-nin müxtəlif bölmələrinin, ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin əməkdaşları, o cümlədən müxtəlif universitetlərin nümayəndələri tərəfindən “Əqli mülkiyyət üzrə ticarətin post-TRIPS dəyişikliyi”, “Rəqəmsallaşdırma ticarətə necə təsir edir”, “Beynəlxalq ticarətdə bilik axınlarının ölçülməsi üçün əqli mülkiyyət məlumatlarından istifadə”, “İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bilik axınının mənbələri”, "Müasir bilik iqtisadiyyatında rəqəmsal kreativ ticarət və müəlliflik hüququna əsaslanan sənayelər: inkişaf etməkdə olan ölkələr üçün strateji seçim” və s. mövzularda təqdimatlar edilib.

 

Tədbirdə Әqli Mülkiyyәt Agentliyinin Beynәlxalq әlaqәlәr vә informasiya şöbәsinin baş məsləhətçisi Ruhiyyə Əliyeva da iştirak edib.

Seminar çərçivəsində müzakirәlәr zamanı Agentliyin əməkdaşı tərəfindən ölkәmizdә әqli mülkiyyәt sahәsindә son institusional islahatlar, o cümlәdәn rəqəmsal şəbəkələrdə әqli mülkiyyәt hüquqlarının qorunması, ictimai maarifləndirmə və s. istiqamətlərdə həyata keçirilәn tәdbirlәr haqqında tədbir iştirakçılarına mәlumat verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:

Əlilliyi olan qadınlara texniki dəstək verildi

Ərdoğan ermənilər haqqında QƏRAR VERDİ: “deportasiya...

Partiya sədrindən maraqlı təklif

"Şəhidlərimiz qaboyla deyil, Quranla yad edilməlidir"

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ

İçimizdə kök atmış Təpkisizlik...

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ

Xocalı Soyqrımının 27-ci ildönümü anılıb