Çılpaq ilbizlərlə mübarizə başladı

13:31 13-11-2018 | icon 47 | İqtisadiyyat
Çılpaq ilbizlərlə mübarizə başladı

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində çılpaq ilbizlərə qarşı fitosanitar müşahidələr və kimyəvi mübarizə tədbirləri davam etdirilir.


Versus.Az xəbər verir ki, Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri cari ilin noyabr ayı ərzində Hirkan və İstisu qəsəbələrini, eləcə də Şıxəkərən və Separədi kəndlərini əhatə edən 150 hektar naringi və limon bağlarında fitosanitar müsahidə tədbirləri həyata keçiriblər. Müşahidələr zamanı 50 hektar sahədə sirayətlənmə müəyyən edilib və yerli mütəxəssislərin verdikləri tövsiyələr əsasında fermer təsərrüfat sahibləri tərəfindən 20 hektar sahədə metaldehit tərkibli pereparatdan istifadə edilməklə kimyəvi mübarizə tədbirləri aparılıb.

 

Bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, meyvə və qismən texniki bitkilərə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

 

Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:

Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir.


Məhsul toplandıqdan sonra əkin sahələrindən bitki qalıqları yığılıb məhv edilməli və tarlalarda vaxtında dondurma şumu aparılmalıdır.


Çılpaq ilbizlərlə mubarizədə onlara kontakt təsir edən superfosfat, təzə sönmüş əhəng, göydaş, ammonium-sulfat, xörək duzu, formalin, furfurol və s. preparatlar, eyni zamanda torpağın zənginləşdirilməsi üçün istifadə olunan makro və ya mikro elementlərdən istifadə etmək tövsiyə olunur. Bu məqsədlə gübrələr və əhəng torpağın tələbatına uyğun olaraq, hər hektara müxtəlif normada, xörək duzundan isə 1 hektar üçün 150 kiloqram məhlul hazırlayaraq istifadə edilməlidir. Göydaş məhlulu hazırlamaq üçün 1 litr suya 100 qram hesabı ilə göydaş götürülür və hər hektara 400 litr məhlul çilənir. 


Daxili bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram məsarif norması ilə səpilir.

 


Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparması üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquqi və fiziki şəxslərin özləri tərəfindən aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar