Telefonlara pensiya yaşına çatmaq barədə SMS göndəriləcək

12:52 16-11-2018 | icon 51 | Gündəm
Telefonlara pensiya yaşına çatmaq barədə SMS göndəriləcək

 

Şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə pensiya yaşına çatması barədə məlumat göndəriləcək.

 

Versus.Az xəbər verir ki, bunu “Əmək pensiyaları haqqında” qanunun 22-ci maddəsinə təklif edilən yeni dəyişiklikləri şərh edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət siyasət komitəsinin bu gün keçirilən iclasında çıxş edərkən deyib.

Onun sözlərinə görə, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq niyyətindədirlər:

 

“Təkliflərimizin mahiyyəti odur ki, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-cu ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablansın. Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırma mümkün deyil”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Müxalifətin zirvə görüşü zəruridir”

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?