Qadınlarla bağlı yeni hesabat hazırlanır

15:38 20-11-2018 | icon 39 | Cəmiyyət
Qadınlarla bağlı yeni hesabat hazırlanır

 

Azərbaycan hökuməti BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə (CEDAW Committee) təqdim ediləcək 6-cı dövri hesabatı hazırlayır.

 

Versus.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 6-cı dövri hesabatın hazırlanması məqsədilə aidiyyəti hökumət qurumlarının gender məsələləri üzrə məsul nümayəndələrinə 2 günlük bacarıqların artırılması məqsədilə keçirilən təlimdə məlumat verib.

 

A.Sofiyeva qeyd edib ki, Azərbaycan hökuməti 6-ci dövri hesabatı 2019-cu ilin mart ayında təqdim edəcək.

Komitə rəsmisi Azərbaycan hökumətinin qadın hüquqlarının müdafiəsinə və bərabər imkanların yaradılmasına böyük önəm verdiyini qeyd edib.

 

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin gender üzrə proqram müşaviri Bəhicə Əliyeva “Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Konvensiyanın” prinsiplərinə qadınların hüquqlarının qorunması naminə riayət edilməsinin vacibliyini qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın 5-ci dövri hesabatı 2015-ci ildə təqdim edilib. Bu hesabatda CEDAW Komitəsi dövlət tərəfindən 2009-cu ildə 4-cü dövri hesabatına verilmiş tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan hökumətinə qadınların hüquqlarının təşviqi məqsədilə bir neçə mühüm addımların atılmasını məsləhət görüb. Bunlara doğulanlar arasında oğlan uşaqlarına verilən üstünlüyün aradan qaldırılması istiqamətində qurumlararası fəaliyyət planı, məişət zorakılığının qarşısının alınmasında Milli Strateqiya və Milli Fəaliyyət Planının qəbulu, eləcə də "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Avropa Şurasının Konvensiyası"nın ratifikasiyası üçün zaman çərçivəsinin müəyyən edilməsi daxildir.

 

Bir çox vaxt “Qadınlar Konvensiyası” adlandırılan "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq Konvensiya 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Azərbaycan 1995-ci ildə həmin Konvensiyanı ratifikasiya edərək sözügedən prosesə qoşulub.

 

Konvensiyanı ratifikasiya etmiş və ona qoşulmuş ölkələr sənədin müddəalarını yerinə yetirərək gender bərabərliyinə təkcə “de-yuri" deyil, eləcə də faktiki hər bir kişi və qadın tərəfindən hiss ediləcək dərəcədə nail olmaq hüquqi öhdəliyini qəbul edirlər. Bundan əlavə ölkələr Konvensiyanın ratifikasiyasından bir il sonra ilk milli hesabatlarını, daha sonra növbəti hər 4 il ərzində sazişdən irəli gələn öhdəliklər üzrə görülmüş tədbirlər üzrə hesabat verirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Müxalifətin zirvə görüşü zəruridir”

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?