Suriya türkmənlərinin tanınmış sənətçisi, yazar Adil Şanla görüş

17:37 20-11-2018 | icon 141 | Cəmiyyət
Suriya türkmənlərinin tanınmış sənətçisi, yazar Adil Şanla görüş

 

“Diriliş Ərtoğrul” dizisinin qəhrəmanının kitablarının təqdimatı keçirlib

 

 

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aradırmalar İctimai Birliyinin dəvəti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində Suriya türkmənlərinin tanınmış sənətçisi, araşdırmaçı-yazarı, "Türkvizyon"un qalibi, “Diriliş Ərtoğrul” serialının aktyoru Adil Şanla görüş və onun kitablarının təqdimat mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatınagörə, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı və Avrasiya Beynəlxalq Aradırmalar İctimai Birliyinin sədri Qənirə Paşayeva qonağı Bakıda görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Adil Şan nəinki mənsub olduğu Bayırbucaq, Türkməndağı, Hələb türklərinin səsini dünyaya çatdırır, o, dəyərli vətənsevər ziyalı olaraq, bütövlükdə türk dünyasını təmsil edir, onun problemlərinə və uğurlarına da diqqətlə yanaşır.

 

Millət vəkili vurğulayıb ki, onun qardaş Azərbaycana olan sevgi və məhəbbətinin nəticəsidir ki, Adil Şan ölkəmizə səfər edib. Adil Şanın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva qonağın əslinin Güney Azərbaycana bağlı olub ordan Suriyaya köç etmiş bir nəslə mənsub olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, Adil Şan istər yazdığı kitablarla, istərsə də ictimai fəaliyyəti ilə hər zaman türk dünyasını narahat edən problem və məsələləri gündəmə gətirən ziyalıdır. Onun “Diriliş Ərtoğrul” serialında canlandırdığı ozan obrazı təkcə Türkiyədə olan tamaşaçılar arasında deyil, Azərbaycanda da bu serialı izləyənlər arasında rəğbətlə qarşılanıb.

 

Q.Paşayeva Suriya türkmənlərinin keçmişi, bugünü, yaşadığı acılar barədə geniş danışıb, Suriyadan zorla öz evlərindən didərgin salınan Türkmən köçkün qardaş-bacılarımızla Türkiyədə keçirdiyi görüşlər barədə ətraflı məlumat verib və "bu insanlar bizim qardaş-bacılarımızdır, onların yanında olmaq bizim bir vəzifəmizdir" deyib və Adil Şana müraciətlə "hər zaman Suriya türkmənləri qardaş-bacılarımızın yanındayıq" deyən millət vəkili Q.Paşayeva onun bir neçə gün əvvəl Azərbaycana səfəri, keçirdiyi görüşlər, tədbirlər Suriya türkmənləri ilə Azərbaycan arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək və "hər zaman sizi və türkmən qardaş-bacılarımızı görməyə şad olarıq" deyib.

 

Millət vəkili Q.Paşayeva Adil Şanın bu gün təqdimatı keçirilən 2 kitabı və musiqi albomu barədə də danışıb və bildirib ki, Adil Şanın indiyə kimi Suriya türkmənlərinin qan yaddaşı, etnoqrafik tarixi, adət-ənənləri, ata sözləri başda olmaqla folklor nümunələri ilə bağlı bir çox araşdırmalar aparmış, kitablar yazmışdır, Suriya türkmənlərinin tarixini oyrənmək istəyənləri həmin kitabları oxumağa çağırıb. Qonaq yazarın növbəti kitabının Bakıda işıq üzü görməsi ilə bağlı artıq razılaşmanın olduğunu bildirən millət vəkili bildirib ki, Adil Şanın üçüncü kitabı ölkəmizdə çap olunacaq.

 

Tədbirin aparıcısı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı çıxış edərək bildirib ki, bu təqdimatda iştirak edən millət vəkillərini, media nümayəndələrini, vətəndaş cəmiyyəti fəallarını bir ortaq dəyər birləşdirir ki, bu da türk dünyasının uğurları, problemləri və bundan sonra görüləcək işlərin aktuallığıdır.

 

Tədbirdə iştirak edən millət vəkilləri, Həmvətənlərə dəstək ictimai birliyinin üzvləri, şəhid ailələri, vətən yolunda itirmiş sağlamlıqlarını itirmiş qazilərimizin və qazilərdən ibarət futbol komandasının nümayəndələrinin Adil Şanla görüşdə iştirakı türk dünyasının problemlərinin də ortaq olmasının, Azərbaycan ictimaiyyətinin Suriyadakı həmvətənlərimizə dəstəyin ifadəsidir.

 

 

Tədbirdə qeyd edildi ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ortaq dəyər və maraqlarımızı, gələcəyə türk dünyasına olan baxışımızı unutmamalıyıq. Böyük bir coğrafiyanı əhatə edən türk dünyasında mövcud olan problemlərin əksəriyyəti eyni xarakterlidir. Odur ki, onların bir daha təkrara olunmaması və qarşısının alınması üçün türk xalqları arasında həmrəyliyin daha da güclənməsi vacibdir.

 

Millət vəkili Qənirə Paşayevaya Suriya türkmənləri adından əl işləmələrindən ibarət əsər təqdim edən yazar sənətçi Adil Şan Azərbaycana bir neçə günlük səfəri zamanı qardaş məhəbbəti ilə əhatə olunduğuna görə əməyi olan hər kəsə təşəkkür etdi. O, Suriya türkmənlərinin məruz qaldığı problemləri Azərbaycan ictimaiyyəti canıyananlıqla dinləməsi və oradakı soydaşlarımızın probleminə şərik çıxmasını xüsusi qeyd etdi. Suriya türkmənlərinin dünəni, bugünü və gələcəyi ilə bağlı geniş məruzilə ilə çıxış edən yazar Adil Şan daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırdı.

 

Tədbirin sonunda tədbirin təşkilatçıları millət vəkili, Avrasiya Beynəlxalq Aradırmalar İctimai Birliyinin sədri Q.Paşayeva, Atatürk Mərkəzinin şöbə müdiri Ə. Qoşalı və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri A.Bağırova Adil Şanı bir daha təbrik edib uğurlar diləyiblər və Suriya türkmənləri ilə bağlı, Suriya türkmənləri və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, tədbirdə millət vəkilləri, vətəndaş cəmiyyəti fəalları, media təmsilçiləri, yazarlar iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Müxalifətin zirvə görüşü zəruridir”

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?