Gənc yazar Mətanət Quliyeva 1-ci yerə layiq görülüb

01:08 23-11-2018 | icon 109 | İdman
Gənc yazar Mətanət Quliyeva 1-ci yerə layiq görülüb

 

Boccia idman növü üzrə v “seni cup” turnirində 60-dan çox idmançı iştirak edib

 

 

Noyabrın 22-də Abşeron Olimpiya İdman Kompleksində Boccia idman növü üzrə “V Seni Cup” turniri keçirilib.

 

Versus.Az-ın məlumatına görə, turnirdə respublikanın müxtəlif regionlarından 60-dan çox idmançı iştirak edib.

 

Tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Mərkəzi Asia və Qafqaz üzrə “Seni” şirkətinin koordinatoru Mixail Kopaç yarış iştirakşılarını salamlayaraq, onlara uğurlar arzulayıb.

Gənclər və İdman nazirliyinin şöbə müdiri, Olimpiya Çempionu Fərid Mansurov, İki qat Paralimpiya Çempionu İlham Zəkiyev, “Həyat” fondun prezidenti Haci Nuran və Abşeron rayonu İcra hakimiyyəti rəhbərliyinin də iştirak etdiyi tədbir bədii hissə ilə davam etdirilib.

 

Sonda Final yarışları keçirilib. Gənc yazar Mətanət Quliyeva turnirin qalibi olaraq 1-ci yerə layiq görülüb. Qaliblərə Milli Paralimpiya Komitəsinin diplomları, medal və kuboklar təqdim edilib. Yarışada Ukrayna Respublikasının boccia idman növü üzrə idman ustası Artyom Kolinkoda idmançılara dəstək olaraq, yarışlara qoşulub.

Qaliblərin mükafatlandırılmasından sonra amputant futbolu idman növü üzrə Abşeron rayonu və Sumqayıt şəhərinin komandaları arasında yoldaşlıq görüşü keçirilib. Milli Paralimpiya Komitəsinin prezidenti qalib komandaya kubok təqdim edib.

 

Qeyd edək ki, Boccia fiziki imkanları məhdud idmançıların məşğul olduğu Paralimpiya idman növüdür. Bu idman növünün təbliğ olunması məqsədi ilə 2013-cü ildən etibarən hər il Boccia idman növü üzrə “Seni Cup” turniri təşkil olunur. BOCCİA idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Hazırda 5 kateqoriya üzrə 17 regiondan 100 dən çox fiziki məhdudiyyətli şəxs BOCCİA idman növü ilə məşğul olur və bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı getdikcə artmaqdadır.

Bunu nəzərə alaraq, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə cari ilin mart ayında Azərbaycan Boccia Federasiyası yaradılıb, Vüqar Əsgərov Federasiyanın vitse prezidenti, İlham Məhərrəmov baş katibi seçilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Müxalifətin zirvə görüşü zəruridir”

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?