Xəyanət yalnız başqa qadınla seks deyil..

23:08 24-11-2018 | icon 100 | Köşə
Xəyanət yalnız başqa qadınla seks deyil..

 

 

XƏYAL NAMİZƏDLİ

 

 

Hər münasibətin bir sonu və ya bir nəticəsi olur... Sevirik, sevilirik. Sevdiyimizlə qovuşmağa can atırıq. Bəs sonra? Bəzən deyirlər “Sevginin ömrü toyadəkdir”. Bu həqiqətən belədirmi? Görəsən, sevgini toydan sonra nə “öldürür”? Niyə kişilər sevdikləri qadına xəyanət edirlər? Onları buna vadar edən nədir?


Sosiloloqların sorğusuna əsasən kişilərin yarısı həyat yoldaşlarına xəyanət edirlər. Görünür bu sorğuda iştirak edənlərin heç də hamısı səmimi olmayıb. Mən deyərdim ki, kişilərin yarısı yox, əksəriyyəti xəyanət edir. Müxtəlif formalarla. Xəyanət yalnız başqa qadınla seks demək deyil ki... Başqasını düşünmək, xəyallar qurmaq, hansısa qadına baxıb köks ötürmək, günlərlə onun həsrətilə yaşamaq özü də xəyanətdir. Bu da kişilərin çox az hissəsi istisna olmaqla hamsında var. Bəzi qadınlar xəyanətə uğramaqla tapdanmış qürurunun qisasını almaq, sakitləşməkçün özləri də xəyanət edirlər. Bununla da öz həyatını məhv etmiş olurlar. Çünki xəyanətkar qadına kişidən fərqli olaraq cəmiyyət kəskin reaksiya verir. Bu yanlış addımı atmamaq üçün xəyanətə uğramış qadın əvvəlcə düşünməlidir:


Əvvəla bu hələ dünyanın sonu deyil və unutmayın ki, xəyanətə uğramış ilk və son qadın siz deyilsiniz;


Əgər sizə xəyanət olunubsa o demək deyil ki, sevgidə bəxtiniz gətirməyib. Sizi sevməyən biriylə evlənmisiniz. Bu heç də belə deyil... Xəyanət edən kişilərin yarısı öz qadınını sevərək evlənənlərdir;


Qisas almaq, depressiyaya düşmək, ya da əri evdən qovub onu rəqibinizə “bağışlamaqdansa” öz həyatınıza nəzər salıb onu yaxşı tərəfə dəyişmək lazımdır. Əvvəlcə gəlin heç olmasa qəlbimizdə də olsa özümüzə etiraf edək - Bunda bizim də günahımız az deyil! Hardasa səhv etmişik. Həyatımızı yaxşı tərəfə dəyişməkçün əvvəlcə keçmişə nəzər salıb, onsuz da doğuluşdan xəyanətə meyilli kişilərə səhvlərimizlə bəhanə verməyək...


Bəs görəsən kişilər niyə xəyanət edirlər? Səbəblər çox ola bilər. Onların bəzilərinin qarşısını almaq öz əlimizdədir. Təbii ki, bizdən asılı omayan səbəblər də ola bilər. Gəlin o səbəblərin bəzilərinə nəzər salaq:


Ailənin seçdiyi namizədlə, və ya qısa tanışlıqdan sonra evlənməyə qərar verən cütlüklər evləndikdən sonra xarakterlərindəki uyğunsuzluq üzə çıxır. Buna baxmayaraq boşanmayıb nəyinsə xatirinə - “Uşaq var”, “Nəslimizdə boşanan olmayıb” deyib ailəni “qorumağa” çalışan kişilər evə ər və ata borcunu yerinə yetirməkçün gəlir. Fikri isə çöldədir. Həyatına maraq qatan insanda. Xüsusən də əylənməyi, yeniliyi sevən kişilərdə xəyanət bu səbəbdən daha çox olur;


İnamsızlıq və həddindən artıq qısqanclıq da kişini xəyanətə sövq edir.
“Niyə işdən gec gəldin?”, “Telefonuna niyə zəng çatmır?” və ya “Telefonun niyə uzun müddət məşğul idi, kimlə danışırdın?”, “Niyə həmişə sənə səhv düşürlər??”, ”Yoldan keçən qıza niyə baxdın?” və s. bezdirici suallarla boş yerə söz-söhbət və dava axtarırsınızsa əmin olun, tezliklə onu itirəcəksiniz. Sizə olan sevgisini dəfələrlə deməkdən və sübut etməkdən yorulan kişi nəhayət bezir və sizin şübhənizi “doğrultmaq” qərarına gəlir. İnamsızlığnızla onun qürurunu qırırsız və nəticədə mərdi qova-qova namərd etdiniz. İndi razı qaldınızmı?;


Unutmayın ki, xəyanət ancaq seksdən ibarət deyil. Evləndikədn sonra ərindən sevgi mesajları, etiraflarının azaldığını görən qadınlar daim şikayətlənir. Eyni şeyi kişilər haqda da demək olar. İlk uşağını dünyaya gətirən qadın artıq bütünlüklə o uşağı sevir. Kişiyə nəinki romantik sözlər, sevgi etirafları etmir, ümumiyyətlə diqqəti azalır. Əlbəttə ki, ata olmaq çox xoşdur. Amma sevilən kişi olduğunu hər zaman hiss etməyə də kişilərin ehtiyacı var. Bu səbəbdən də kənarda romantik görüşlər axtaran kişiləri o qədər də qınamıram. Görüşdüyü qadınla aralarında seks olmasa da romantik söhbətlər edir, xəyallar qururlar;


Ətrafımızda baş verənlər, rəfiqəmizin rastlaşdığı xəyanət, ya da nə zamansa atamızın xəyanəti və ya bir zaman bizə xəyanət etmiş insanları xatırlayaraq özümüzü boş yerə qorxuzuruq. Xəyanətə uğramış insanların beynimizə yeritdiyi bu fikri özümüzdən uzaqlaşdıra bilmirik - ”Onsuz da bütün kişilər xəyanətkardır”. Razıyam, potensial olaraq bütün kişilər xəyanətə meyllidirlər. Əlbəttə ki, normal kişilər. Amma xəyanətə meyllilik onların mütləq xəyanət edəcəyi anlamına gəlmir. Bu qorxunc fikirlərlə yatıb–dururuq, günlərin birində görürük ki, fikirləşdiyimiz nəhayət baş verdi. Əslində fikirlərimiz bizi bu yerə gətirdi;


Nə qədər çox sevsə də kişi qadınına həmişə diqqət yetirir. Davranışına, görünüşünə. Axı kişilər gözlərilə sevir. Nişanlı vaxtı hər gün yeni görkəmdə, xüsusi gözəlliklə görüşə gələn qız niyə evlilik dövründə həyat yoldaşının onu pırtlaşıq saçla və ya üstündən xörək qoxusu gələn geyimdə görməsinə razı olur? O arxayındır ki, əri ömürlük onundur?


Unutmayın ki, kimsə bizi sonadək sevməyə məcbur deyil. Bir də ki, o qadınları heç vaxt başa düşə bilmədim. Öz geyimlərilə, rəngi getmiş xalatla, pırtlaşıq saçla, tərli bədənlə güzgününü qarşısında dayanıb bir anlıq özlərinə kişi gözüylə (elə qadın gözüylə də) baxsınlar. Görəsən o zaman özlərini bəyənəcəklərmi? Halbuki ərləri hər gün - işdə, yolda, qonaqlıqda, küçədə 10-larla gözəl, baxımlı xanım görür. Və təbii olaraq onlara baxır. Öz qadınıyla müqayisə edir. Gözəl qadına diqqət yetirməyən kişi isə yoxdur. Beləliklə kişi artıq cəlbedici olmayan həyat yoldaşını unudur... Əslində özümüzdə səhv axtarsaq belə yenə də kişilər düzələn deyil. Çünki onların yaradılışı belədir. Xəyanətə meylli olmayan kişi ya kişi deyil, ya da ki, nadir nüsxədir. Beləsini tapsanız, qədrini bilin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar