Xəyallarda qalan Laçın

15:09 26-11-2018 | icon 82 | Qarabağ
Xəyallarda qalan Laçın

Gündəlikdən bir hissə

 

 

1988-ci il noyabr ayı...

Emənistandan azərbaycanlıların qovulması yüksək həddə çatmışdı. Erməni banditləri yerli hakimiyyətin dəstəyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri dağıdıb, yağmalayır, dinc əhalini qovur, müqavimət göstərənləri öldürürlər.

 

 

QƏZƏNFƏR HÜSEYNOV

Laçına yaxın Sisiyan və Dərələyəzdən qaçqın karvanları bizim rayondan üzü Qarabağa-Şuşaya üz tuturdular. Hətta Sisiyanın bəzi kəndlərindən dinc əhali qarlı dağlardan piyada aşaraq gəlirdilər. 

Bu köçaköçün qızğın vaxtında Şuşada məskunlaşan qaçqınlara yardım etmək təçəbbüsü göstərərək, ərkim çatan idarə-müəssisələrə müraciət etdim. Bu işdə mənə rayon icraiyə komitəsinin sədri Səlim Səlimov, ət tədarükü idarəsinin müdiri Şahmar Novruzov, avtobazanın direktoru Rafael Məhərrəmov, yerli yollar idarəsinin müdiri Akif Məhərrəmov, 13 saylı yol istismar sahəsinin müdiri Tofiq Novruzov, elektrik şəbəkəsinin müdiri Eldar Məhərrəmov, peşə məktəbinin direktoru Vaqif Şükürov, iaşə müəssisələri birliyinin direktoru Qalib Şahverdiyev yardım göstərdilər. Yardım əsasən ət, yağ, pendir, düyü, vermeşil-makaron ərzağından və puldan ibarət idi. "Köhnə poçt" adlı yerdə, Şuşa istiqamətində məhsullarl qəbul etdim, Şahmar Novruzov yük avtomobilində göndərdiyi çöngəni də qəbul edib, yola düzəldik. Şuşaya çatanda raykomun binasının qarşısında böyük izdihamlı mitinq yenicə başlamışdı. Raykom binasına tərəf gedəndə miitinqin tribunasına yaxın yerdə komsomol dostum, Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərovu gördüm. Gəlişimizin məqsədini ona dedim, rayon xalq nəzarət komitəsinin sədri Adil Babışova göstəriş verdi ki, gətirdiyimiz yardımı qəbul etsin. Bütün yardımı aktla ona təhvil verib, mitinqə qatıldıq...



Mitinqin tribunasında rayon rəhbərləri və Azərbaycan Ali Soveti rəyasət heyəti sədrinin müavini Telman Orucov dayanmışdı. 

Mitinqdə çıxış edənlər əsasən Azərbaycan rəhbərliyindən tələb edirdilər ki, erməni seperatçılarına qarşı təsirli tədbirlər görülsün, həm də Xankəndində yerləşən, Moskvanın nümayəndəsi Arkadiy Volskinin rəhbərlik etdiyi komitənin fəaliyyətindən narazılıq edirdilər. 



Heç yadımdan çıxmır, 60 yaş civarında, xalq arasında "kələntər qadın" görkəmində, əsl azərbaycanlı qiyafəsində bir qadın tribunaya qalxıb, çıxış etdi. Səhv etmirımsə həmin qadın Dərələyəzdən qaçqın düşənlərdən idi. Qadın üzünü Telman Orucova tutub dedi:


- Biz, yurdumuzda özümüzə gözəl həyat qurmuşduq, siz orda bizi müdafiə etmədiniz, ermənilər silah gücünə var-dövlətimizi əlimizdən alıb, bizi evimizdən qovdular, xahiş edirəm bizi - bütün qaçqınları Xankəndinin ətrafında yerləşdirin, az keçməz biz də onları qovacağıq.

Bu zaman Telman Orucov ona dedi ki, ay xanım biz sizi orda yerləşdirə bilmərik, mərkəzi hökümət icazə vermir. Biz lazımı tədbir görəcəyik ki, münaqişə həll edilsin. Sizin məskunlaşmağınız üçün nə lazımdırsa edəcəyik.

Bu sözləri eşidən qadın uca səslə ona belə (dediyi kimi yazıram) cavab verdi:
Allah evinizi yıxsın, siz vaxtında tədbir görmədiyiniz üçün yurd-yuvamızdan didərgin düşdük, heç nə edə bilməyəcəksiniz, ermənilər bizi burdan da qovacaqlar.

Dərələyəzli xanımın çıxışı mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılandı, tarix onun dediyini təsdiq elədi. Azərbaycan hökümətinin zəifliyi ucbatından münaqişə halında olan erməni iddiası vaxtında dayandırılmadı...

(Ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar