"Paşinyan münaqişənin həllində maraqlı olsaydı..."

16:34 27-11-2018 | icon 62 | Siyasət
"Paşinyan münaqişənin həllində maraqlı olsaydı..."

 

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

 

Versus.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat ximətinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Leyla Abdullayeva açıqlamasında deyib.

 

L.Abdullayeva bildirib ki, əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı; bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏM (ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan və Azərbaycandır:

 

"Ermənistan baş nazirinin vəzifələrini icra edən şəxsin əsassız və ziddiyyətli bəyanatları onu göstərir ki, o, erməni xalqı üçün “yaxşı gələcəyin qurulmasında” heç də öz sələfindən irəli gedə bilməyəcək. Bu bəyanat, həmsədrlərin bölgəyə səfəri zamanı müzakirə edilmiş ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:

Ərdoğan ermənilər haqqında QƏRAR VERDİ: “deportasiya...

Partiya sədrindən maraqlı təklif

"Şəhidlərimiz qaboyla deyil, Quranla yad edilməlidir"

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

İçimizdə kök atmış Təpkisizlik...

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ

Metrodan istifadə edənlər, xəbər var