“ABŞ-la münasibətlər Saakaşvili dövründəki kimi yaxın olmayacaq”

22:02 29-11-2018 | icon 202 | Geopolitika
“ABŞ-la münasibətlər Saakaşvili dövründəki kimi yaxın olmayacaq”

 

Nəzakət Məmmədova: “Bu, Gürcüstan tarixində əhalinin birbaşa səs verib seçdiyi sonuncu prezident seçkiləri idi”

 

 

“Gürcüstandakı budəfəki prezident seçkiləri bəzi ilklərlə və sonlarla yadda qaldı. İlk olaraq ölkəyə qadın prezident rəhbərlik edəcək. Son isə odur ki, bu, Gürcüstan tarixində əhalinin birbaşa səs verib seçdiyi sonuncu prezident seçkiləri idi”.

 

Bu barədə Versus.Az-a Gürcüstandakı seçkiləri təhlil edən politoloq Nəzakət Məmmədova bildirib.

 

Politoloq bildirib ki, seçkilər barədə beynəlxalq müşahidəçilərin rəyi açıqlanmasa da, müxalifət və bəzi yerli müstəqil QHT-lər çoxlu sayda qanun pozuntularının olduğunu deyirlər. Seçkilərin nəticəsi isə onu göstərdi ki, Rusiyaya bağlı olan İvanaşvili və onun partiyası Gürcüstanda öz mövqelərini qoruyub-saxladılar.

N.Məmmədova hesab edir ki, yaxın illərdə Gürcüstanın Avropaya inteqrasiyası, NATO-ya üzvlüyü ləngiyəcək və ciddi maneələrlə üzləşəcəkdir:

 

“Gürcüstandakı məğlubiyyəti obrazlı desək, ABŞ-ı Ermənistandan ikiəlli yapışmağa vadar edəcək, Ermənistandakı seçkilərdə mübarizə daha qızğın şəraitdə keçəcəkdir. Azərbaycanla Gürcüstanın birgə layihələri davam etsə də, yerli azərbaycanlı əhalinin vəziyyətində yaxşılığa doğru dəyişikliklərin olacağı inandırıcı deyil”.

 

Politoloq bildirib ki, Gürcüstanın Avropaya inteqrasiyasının qarşısının alınacağını demək olmasa da, ABŞ-la münasibətlər Saakaşvili dövründəki kimi yaxın olmayacaq. Paşinyan hakimiyyətə gələrsə, Fransadakı erməni icması Ermənistanla Gürcüstanı yaxınlaşdırmağa çalışacaqdır:

 

“Hər bir halda Vaşadzenin gəlməsi Gürcüstanın Saakaşvili dövründə başladığı demokratik yolun davamı olardı. Lakin təəssüf ki, bu, baş vermədi”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar