Veteran jurnalist diplomla mükafatlandırıldı


Bu gün Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zöhrab Zeynallı ilə görüş keçirilib.
Versus.Az-ın məlumatına görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 80 yaşı tamam olmuş yubiliyar yazarı təbrik edib, ona möhkəm cansağlığı, bilik və təcrübəsini gənc nəslə öyrətmək işində uğurlar arzulayıb. MŞ sədri Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə və anadan olmasının 80 illiyi münasibətilə layiq görüldüyü Azərbaycan Mətbuat Şurasının yubiley diplomunu Zöhrab Zeynallıya təqdim edib. Həmkarımıza Ahıl Jurnalist Məclisinin xatirə hədiyyəsi də verilib.
Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə qocaman jurnalistin gənclər üçün örnək olan ömür yolundan söz açaraq bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 56 il əvvəl bitirmiş həmkarımız peşə fəaliyyətinə nüfuzlu “Elm” nəşriyyatında başlayıb, az sonra Azərbaycan Dövlət Teleradiosuna dəvət edilib. Burada o, ölkənin ilk ədəbi-bədii və informasiyalı radio yayımı “Araz” proqramının yaradıcılarından olub. Sonrakı illərdə Zöhrab müəllim Azərbaycan Radiosunda şöbə müdiri, baş redaktor və proqram direktoru vəzifələrində çalışıb, ömrünün yarım əsrə yaxınını radiojurnalistikaya həsr edib. O, Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş bir neçə Azərbaycan jurnalistindən biri olub. Zöhrab Zeynallı bu gün də yaradıcılığını və ictimai fəaliyyətini davam etdirir.
Çay süfrəsi arxasında davam edən söhbətdə yubiliyar göstərilən diqqətə görə razılığını bildirib, ömür yolundan maraqlı epizodlar danışıb.
Xəbər lenti

Qiymət artımının səbəbləri
Növbəti devalvasiyaya işarə, yoxsa…
Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:
“Bu partiyaların birləşib-ayrılmalarını çox müşahidə etmişik”
“Qarabağ komitələrinin çox olması gücün parçalanması deməkdir”
“Xocalı şikəstəsi” kitabının təqdimatı olub
"ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır"
Avropa Liqasında 1/8 finalın püşkü atılıb
Xocalı Soyqrımının 27-ci ildönümü anılıb
Azərbaycanın ilk snayperçi qadını AXCP-nin qonağı oldu
"Azərbaycanın Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları ilə təchiz olunub"
Həcc ziyarətinə getməyin builki qiyməti
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb"
İsraildə soyqırım qurbanları anılıb
Bu avtobusda da pulsuz "Wi-Fi" olacaq
Yazın gəlişinə 1 ay qaldı - QAR GÖZLƏNİLİR
Mühüm sənəd təsdiqləndi
İrəli
