“Hər kəs öz sahəsində mübarizəsini düşmənə qarşı aparsa yaxşıdır”

15:48 05-12-2018 | icon 136 | Cəmiyyət
“Hər kəs öz sahəsində mübarizəsini düşmənə qarşı aparsa yaxşıdır”

 

Əlabbas Məhərrəmli: ““Mirşahin vaxtı”nda işlənən təhqiramiz ifadələr həm də siyasətə, jurnalistikaya etimadsızlıq, nifrət yarada bilər”

 

 

“İstər siyasətcilər, istər də jurnalistlər olsun, istənilən mövzu ətrafında müzakirə apararkən etik çərçivələri aşmamalıdırlar. Bu hərəkətlərlə nə cəmiyyətə müsbət nümunə göstərmək olar, nə də rəğbət qazanmaq”.

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli son günlərdə televiziya efirinin “Mirşahin vaxtı” ilə Azərbaycanın xanım jurnalistinə və bütövlükdə cəmiyyətə yağdırılan təhqirlərlə bağlı açıqlamasında bildirib.

 

Ə.Məhərrəmli hesab edir ki, “Mirşahin vaxtı”nda işlənən belə təhqiramiz ifadələr cəmiyyətdə neqativ qarşılanmaqla yanaşı, siyasətə, jurnalistikaya etimadsızlıq, nifrət yarada bilər. Qarşıduran tərəflərin əks cinslərə mənsub olmaları isə məsələyə daha kəskin reaksiya doğurur:

 

“Bu məsələnin neçə gündür sosial şəbəkələrdə müzakirə olunması göstərir ki, cəmiyyətin təpkisi keçməyib. Hamıya məlumdur ki, bu iki telejurnalist fərqli siyasi baxışlara malikdirlər və bir-birilərini qəbul etmirlər. Amma bu fərqlilik qarşı tərəfi təhqir etmək üçün əsas ola bilməz və təbii ki, etik normalar gözlənməli idi. Ümumiyyətlə, bir kişinin fikirləri toqquşan qadın haqqında məlum ifadələri işlətməsi qətiyyən doğru deyil. Eyni zamanda, həmin şəxsin özünün də sosial şəbəkələrdə ağır təhqir olunmasını qəbul etmirəm. Yəni bu tendensiyanın dayanması lazımdır. Kimsə öz fikirlərində haqlı və ya haqsız ola bilər, amma hər bir halda təhqirə yol vermək, insanın şəxsiyyətini aşağılamaq qəbuledilməzdir”.

 

Ə.Məhərrəmli belə hallarda cəmiyyətin daha çox uduzduğunu önə çəkib:

“Bilirsiz ki, sosial şəbəkənin istifadəçisi hər evdə var, o cümlədən televiziyalar hər bir evin sakinidir. Belə aşagılayıcı mövzulardan onlara yalniz ziyan gələ bilər. Ölkədə böyük-kiçik, qadın-kişi, qoca-cavan münasibətlərində yanlışliğa yol vermək olmaz. Biz bir millət olaraq qarşılıqlı münasibətlərimizə görə müsbət mənada bir çox millətlərə nümünə oluruq. Bizim onsuz da düşmənimiz bəllidir. Hər kəs öz sahəsində mübarizəsini düşmənə qarşı aparsa daha effektli olar. Qarabağ boyda dərdi olan xalq belə cılız, etik normalara uyğun olmayan didişmələrlə məşğul olmamalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman