"İşıq saç, özünə yol aç!" - AKSİYA

15:33 06-12-2018 | icon 62 | Cəmiyyət
"İşıq saç, özünə yol aç!" - AKSİYA

 

"Bakı Metropoliteni" QSC "İşıq saç, özünə yol aç!" şüarı altında keçirdiyi daha bir sosial aksiyaya start verib.

 

Versus.Az-ın məlumatına görə, aksiyaya metronun "28 may" stansiyasından başlanıb.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qurumun xidmət şöbəsinin təşəbbüsü ilə təşkil edilmiş aksiyada məqsəd hər il dünyada milyonlarla piyada ölümünə səbəb olan qəzaların qarşısını almaq üçün dünya təcrübəsində istifadə olunan tədbirlərdən biri ilə Bakı metropoliteni sərnişinlərini də yaxından tanış etməkdir: "Budəfəki aksiyada onlara xüsusi işıq reflektorlu qolbaqlar təqdim edildi. Məqsəd qaranlıq hava şəraitində, axşam və gecə saatlarında yol hərəkətinin iştirakçısı olan insanların diqqətini bu kimi vasitələrdən istifadə etməyin əhəmiyyətinə çəkməkdir. Qaranlıq vaxtlarda, xüsusən yağmurlu havalar zamanı avtomobillərin şütüdüyü yollar daha təhlükəli xarakter alır. Çünki belə hallarda avtomobilin əyləc yolu iki dəfə, şaxtalı havalarda isə üç dəfəyə yaxın artır. Görmə dairəsinin daralmasını da nəzərə alsaq, yaxınvuran işıqlarla sürücü yalnız 40-50 metrdə yolu keçən sərnişini görə bilir. Bu isə qəzaya gətirib çıxaran əsas səbəbə çevrilir. Qəzaların qarşısını almaq üçün fərqli üsullardan olunsa da onlardan ən çox yayılanı işıq faktorudur. Bu üsul qaranlıqda hərəkət edən piyadaların sürücülər tərəfindən nəzərə çarpdırılması üçündür. Yaxınvuran işıqla 150, uzaqvuran işıqla 300 metrə qədər görmə məsafəsində yolu işıq reflektorlarından istifadə keçən piyadanı görmək mümkündür. Əvvəllər reflektorların yalnız fosforlu növü mövcud idi. Hazırda isə onlar müxtəlif üsul və texniki vasitələrlə hazırlanır. Eyni zamanda, onu bəzək əşyası kimi geyimdə də istifadə etmək mümkündür. Bu səbəbdən işıq saçan reflektorlar, qolbaqlar, boyunbağılar, flikerlər insan həyatının xilas mənbəyinə çevrilir".

 

Metropoliten rəsmisinin sözlərinə görə, Avropada bu istiqamətdə aparılmış sosial aksiyalar, qanunvericilik aktları, maarifləndirici tədbirlər vasitəsilə ölüm halları 85 faizə qədər azaldılıb: "Bir sıra ölkələrdə qaranlıq saatlarda piyada, velosiped və motosikllərlə hərəkət edənlər üçün işıq saçan vasitələrdən istifadəyə riayət olunması ilə bağlı xüsusi qaydalar mövcuddur. İşıq faktorundan istifadə dünyada geniş yayılıb, bəzi Avropa ölkələrində ənənə halını alıb. Xüsusi işıq reflektorlu qolbaqlar da piyadaların təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulan vasitələrdəndir".

 

Aksiya media nümayəndələrinin də fəal iştirakı və tövsiyələri ilə daha geniş miqyasda təbliğat xarakteri alıb.

Kampaniyaya “Elmlər Akademiyası” stansiyasında yekun vurulub.

Kampaniya metro stansiyalarında yerləşən monitorlarda nümayiş etdirilən sosial çarxla bir müddət gündəmdə saxlanılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:

Ərdoğan ermənilər haqqında QƏRAR VERDİ: “deportasiya...

Partiya sədrindən maraqlı təklif

"Şəhidlərimiz qaboyla deyil, Quranla yad edilməlidir"

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

İçimizdə kök atmış Təpkisizlik...

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ

Metrodan istifadə edənlər, xəbər var