"Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir"

14:29 07-12-2018 | icon 74 | Siyasət
"Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir"

 

Uzun illərdir ki, Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin erməni lobbiçiliyə ilə məşğul olur.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

 

Zatilunun İrəvanda “Lazarev klub”unun iclasında Azərbaycana qarşı səsləndiridiyi fikirlərə münasibət bildirən komitə sədri deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir.

Ə.Hüseynli qeyd edib ki, son zamanlar Rusiya elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertlər Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər:

 

“Lakin Zatulinin addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir. Azərbaycan-Rusiya münsaibətlərinə xələl gətirmək mümkün deyil. Zatulinin bu addımı Ermənistan-Rusiya arasında soyuq münasibətlərinə neqativ ruh verməkdən başqa bir şey deyil”.

 

“Lazarev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən komitə sədri vurğulayıb ki, Yerevanda keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil:

 

“Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. O sıravı deputat olsa idi, bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xəttlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi