""Lazarev klubu" və onun "xaç ata"sı Zatulin mühafizəkar siyasi dairələrin "oyuncaq"lardır"

17:19 07-12-2018 | icon 53 | Siyasət
""Lazarev klubu" və onun "xaç ata"sı Zatulin mühafizəkar siyasi dairələrin "oyuncaq"lardır"

 

 

Əlisahib Hüseynov: ""Lazarev klubu"nu "Qriboyedov-2" klubu da adlandırmaq olar, çünki format da, məzmun da, məqsəd və hətta iştirakçıların tərkibi də eynidir"

 

Son günlər həm Azərbaycanda, həm də Ermənistanda siyasi möhtəkir Konstantin Zatulin və onun yaratdığı "Lazarev klub" medianın gündəmini zəbt etməkdədir. Səbəb də budur ki, bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubunun” birinci iclası keçirilib. İclasda Zatulinin özüylə bərabər, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri Vladimir Kazimirov, MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev və başqaları iştirak edib. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz "DQR" rejiminin qondarma "rəhbər" Saakyan da iclasa dəvət olunub.

 

İclasın əsas personası isə Ermənistanın eks-prezidenti Köçaryan olub və Zatulin onu iclas iştirakçılarına məxsusi təqdim edib. Əslində R.Koçaryanı bu iclasın da, elə o klubun da əsas sponsoru hesab etmək olar. Çünki "Lazarev klubu"nun fəaliyyəti və klubun ilk iclasında Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsinin vacibliyinə dair səslənən fikirlər ilk növbədə məhz R.Koçaryanın maraqlarına cavab verir. Elə bu səbəbdən də, Zatulin hal-hazırda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı - yəni ki, R.Koçaryanın barışmaz rəqibini "Lazarev klubu"nun ilk iclasına dəvət etməyi gərəkli hesab etməyib.

Maraqlıdır, görəsən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlərin, hədələrin səsləndirildiyi bir iclasın "Lazarev klub"u tərəfindən təşkil edilməsi nəyə xidmət edir və ümumiyyətlə, bu klubun məqsədi nədir?

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov məsələylə bağlı açıqlamasında bildirib ki, son günlər səsi birdən-birə dörd bir yana yayılan bu “Lazarev klubu” bir növ siyasi eksperimentlər qurumudur və Ermənistanı daim Rusiyanın yanında, əlinin altında saxlamağa hesablanmış analitik siyasət klubudur. Özünü ermənilərin "böyük dostu" adlandıran Konstantin Zatulin bəyan etdi ki, bu klubu yaratmaqda məqsəd Ermənistan-Rusiya dostluq münasibətlərinin gələcək inkişafına yeni impuls verməkdir:

 

"Əlbəttə, Zatulinin bu sözləri dekorativ fasad xarakteri kəsb edir və onun əsil niyyətini gizlədir. Klubun əsas məqsədi heç də Zatulinin iddia etdiyi kimi simvolik erməni-rus dostluğunu möhkəmləndirmək flan deyil. Bu klub sırf praqmatik siyasi və maddi maraqlar üzərində qurulmuş bir təşkilatdır. Rusiya tərəfdən bu klubun yaradılmasında maraqlı qüvvə rolunda Hərbi-Sənaye Kompleksi (HSK) çıxış edir. Başqa sözlə desək, "dərin dövlət"i təmsil edən generallar, hərbi sənaye "boss"ları və s. Ermənistan tərəfdən isə bu klubun işinə "xeyir-dua" verən tərəf, şərhimin əvvəlində də qeyd etdiyim kimi sabiq prezident Robert Köçəryandır. Köçəryan da məlum məsələdir ki, ömür-billah Rusiyanın vassalı rolunda çıxış edib və elə indi də ona çalışır ki, Ermənistan öz siyasi kursunu dəyişib Rusiyadan uzaqlaşmasın. Bunu isə məhz sözügedən "Lazarev klubu"nun əli ilə həyata keçirmək istəyirlər. Zatulin isə bu prosesdə və bu proyektdə bir növ "yengə" rolunu oynayır və əvəzində isə hər iki tərəfdən - həm Rusiya "dərin dövləti"ndən, həm də şəxsən R.Koçaryanın özündən "zəhmət haqqı" və ya "qonorar" alır".

 

Lakin Zatulinin bu gizli oyunları və onun İrəvanda təşkil etdiyi haylı-küylü, təmtəraqlı "klub" toplantıları bəslənilən ümidləri doğruldacaqmı? Bu klub ideyasını Ermənistan-Rusiya münasibətlərinin hazırki "qrip"li vəziyyətində ən səmərəli müalicə vasitəsi hesab etmək olarmı? Bununla da Rusiya-Ermənistan izdivacındakı sancılara, ağrılara son qoyulacaqmı? Ə.Hüseynov bildirib ki, bu, elə də inandırıcı görünmür:

 

"Çünki siyasi klub yaratmaq ideyası təzə ideya deyil. Bundan əvvəl də oxşar bir klub yaradılmışdı və adını da "Qriboyedov klubu" qoymuşdular. Həmin klub da həm Moskvada, həm də İrəvanda bir neçə debat, forum keçirmişdi. Lakin Zatulinin özünün də qatıldığı həmin toplantılar "sabun köpüyü" effektindən başqa bir şey olmadı. Bu mənada, hazırki "Lazarev klubu"nu əslində "Qriboyedov-2" klubu da adlandırmaq olar. Çünki format da, məzmun da, məqsəd və hətta iştirakçıların tərkibi də demək olar ki, eynidir. Klubun adını "Lazarev klubu" qoymaqla mahiyyət dəyişmir ki.

Yeri gəlmişkən, klubun adını vaxtilə Rusiyada kök salmış məşhur erməni Lazarevlər sülaləsinin şərəfinə qoyublar. Zatulin iddia edir ki, ideyanın müəllifi isə o özüdür.

İşin ən maraqlı cəhəti isə budur ki, erməni mediası, erməni ictimaiyyəti və Qərbyönümlü erməni siyasətçiləri həm "Lazarev klubu"nun fəaliyyətinə, həm də ki, Zatulinin özünə soyuq münasibət bəsləyirlər. Onlar bu klubu da, avantürist Zatulini də Ermənistanın Qərblə yaxınlaşmasına böyük təhlükə kimi dəyərləndirirlər. Elə bu səbəbdən də, liberal yönümlü erməni mediası "Lazarev klubu"nun ilk iclası barədə tənqidi yazılar dərc etdi. Həmin yazılarda Zatulin də tənqid olundu və qeyd edildi ki, sözügedən klubda təmsil olunanların əksəriyyəti Ermənistanın Rusiyadan asılılığına çalışan və erməni xalqını Rusiyasız yaşamağın mümkünsüzlüyünə inandırmağa cəhd göstərən şəxslərdir.

Yəni ki, Qərbyönümlü erməni mediası da, Paşinyana dəstək verən liberal-demokratik siyasi düşərgəninin təmsilçiləri də bunun fərqindədirlər ki, "Lazarev klubu" və onun "xaç ata"sı Zatulin Ermənistanın Rusiyanın vassalı kimi qalmasını istəyən mühafizəkar siyasi dairələrin "oyuncaq"larıdır. Lakin bu "oyuncaq"lar sonda siyasətin zibilxanasına atılmağa məhkumdur və onların fəaliyyəti Azərbaycanla Rusiyanın gündən-günə inkişaf edən dostluq və müttəfiqlik münasibətlərinə xələl gətirə bilməz!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar