Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

19:12 10-12-2018 | icon 214 | Təhsil
Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

 

Abşeron rayon Xırdalan şəhər 7 saylı tam orta məktəbin ingilis dili müəllimi Cəsarət Pənahalıyev beynəlxalq dərəcəli diploma layiq görülüb.

 

Versus.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi başa çatıb.

Müsabiqənin qalibi olan Dinamik Təhsil Layihəsi 1 ay müddətində Abşeron rayon Xırdalan şəhərində 40-dan çox məktəb arasında 400 müəllimin iştirakı ilə təlimlər keçirib. İngilis dilinin İnteraktiv Tədrisi adlı təlimlər hər məktəb üzrə 3 gün davam edib.

 

Layihənin növbəti mərhələsi dekabrın 7-də keçirilən Beynəlxalq Təhsil konfransı ilə diqət çəkib. Belə ki, konfransda iştirak edən müəllimlər İspaniya, Yunanıstan, Hindistan, Sudan və bir sıra beynəlxalq ölkələrdə İngilis dilinin interaktiv tədrisi haqqında daha geniş şəkildə məlumatlandırılıblar. Bununla yanaşı proqramın üstün keyfiyyətləri və xüsusiyyətləri haqqında məlumatlar verilib.

 

Daha sonra mükafatlandırılma mərasimi başlayıb. 400 müəllimin işərisindən üç nəfər beynəlxaq dərəcəli diploma layiq görülüb. Onlardan biri Xırdalan şəhər 7 saylı tam orta məktəbin ingilis dili müəllimi Cəsarət Pənahalıyevdir. Cəsarət müəllim diplomu qəbul edərkən sözügedən layihənin ideya və təşkilatçılarına təşəkkür edib, bu cür layihələrin davamlı olmasının önəmindən danışıb.

 

Qeyd edək ki, Dinamik Təhsil Layihəsinin əsas məqsədi İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaqdır.

 

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman