“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

14:53 12-12-2018 | icon 114 | Cəmiyyət
“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

 

  

“Bu, cəmiyyət üçün çox pis göstəricidir. Biz ölkədə gedən abadlıq işlərindən, gözəl parkların, binaların salınmasından necə fəxrlə danışırıqsa, ölkənin əsas göstəricisi olan mədəni, mənəvi keyfiyyətlərimizin inkişafına da diqqətlə yanaşmalıyıq. Tanınmış bir adam qarşındakı kim olur-olsun, televiziya ekranından söyüşlə danışmamalıdır”.

 

Bunu Versus.Az-a sosioloq Əhməd Qəşəmoğlu son vaxtlar televiziya ekranlarımızda aparıcıların qeyri-etik hərəkətləri, eləcə də Mirşahinin timsalında davam edən arzuolunmayan çıxışlarla bağlı açıqlamasında bildirib. Sosioloq milli-mənəvi dəyərlərin zərər görməməsi baxımından belə halların qarşısının alınmasını vacib sayıb:

 

“Biz televiziyalarda belə halların qarşısını almalıyıq. Mən universitet müəllimiyəm. Mən televiziyada gedən hər hansı bir verilişin auditoriyada necə əks reaksiya doğurduğunu görürəm. Çox vaxt 18-20 yaşındakı gənclər baxdıqları verilişlərin təsiri altında qalırlar. Bir sosioloq olaraq mənfi reaksiyanı doğuran səbəbi araşdırıram. Məlum olur ki, tələbələr baxdıqları hansısa verilişlərin təsiri altındadır”.

 

Ə.Qəşəmoğlu hesab edir ki, bu gün Azərbaycan teleməkanı ciddi şəkildə tənqid olunmalı bir vəziyyətdədir. Verilişlərdə edilən söyüşlər, təhqirlər, verilişlərin, aparıcıların səviyyəsi gənclərə pis təsir edir, əhalinin bir çoxunda gərgin əsəb yaradır:

 

“Mənim yaşlı bir professor dostum var idi. Bir dəfə bir verilişdə  siyasətçiərin bir-biri ilə necə söyüşlə danışmasını izləyib bərk əsəbləşdi və halı xarab oldu. Onu xəstaxanaya apardıq, gecə saat 4-də öldü.  Yəni normal, ədəbə, əxlaqa söykənməyən televiziya verilişlləri təkcə uşaqlara yox, yaşlılara, xəstələrə də pis təsir edir. Televiziya heç kəsin şəxsi məkanı deyil və oradan ictimaiyyətə ağıllı fikir, ədəbli, maarifləndirici verilişlər təqdim olunmalıdır.  Təbii ki, teleməkanda problemlər ətrafında fikir mübadiləsi aparıb, hətta mübahislər etmək olar. Amma belə bir vaxtda söyüşdən, təhqirdən istifadə etmək heç kəsə başucalığı gətirməyəcək”.

 

Ə.Qəşəmoğlu hesab edir ki, məqsədi bilinməyən verilişlər, eləcə də tanınmış birilərinin ekran qarşısına çıxaraq tamaşaçını saymadan nə gəldi danışması sosial diskriminasiya yaradır. Hələ belə ədəbsiz çıxışlar kişilər tərəfindən baş verirsə, bu, insanların şəxsiyyət olaraq bir-birinə qarşı xoş olmayan laqeyd davranışını formalaşdırır:

 

“İstər kişi olsun, istərsə də qadın, kim etik davranış çərçivəsini aşırsa, bu, mənfi haldır. Təbii ki, Azərbaycan cəmiyyətində kişi xeylağı öz təmkini, davranışı ilə daha dözümlü və ciddi şəxs hesab olunub. Həmişə öz davranışlarına görə bizim ağsaqqallarımız, ağbirçəklərimiz seçilib. Təəssüf ki, bizdə vaxtilə mövcud olan ağsaqqallıq, ağbirçəklik institutları aşınmaya uğrayıb.

Öz verilişindəki çıxışına görə cəmiyyətdə əks reaksiya doğuran Mirşahinin özü də 20 yaşında bir adam deyil. O yaşda kişinin hansı məsələ ilə bağlı olursa-olsun, siyasi münasibətindən asılı olmayaraq, efirdən belə danışmağı arzuolunan hal deyil”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman