“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!”

16:17 14-12-2018 | icon 90 | Gündəm
“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!”

 

Sevindirici haldır ki, “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb.

 

Versus.Az xəbər verir ki görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

 

İ.İbrahimovanın sözlərinə görə, Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması və artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə ETSN tərəfindən “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başlanan payız ağacəkmə aksiyaları çərçivəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Respublika ərazisində müxtəlif cinsli ağaclar əkilib:

 

"Aksiyalar bu gün də davam edir. Sabah, 15 dekabr tarixində saat 11-də jurnalistlərin təşəbbüsü ilə jurnalistlər binasının ətrafında Nazirliyin əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçiriləcək və ərazidə müxtəlif cinsli ağaclar əkiləcək. Sevindirici haldır ki, “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub".


Payız ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin təşəbbüsü ilə Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə aksiyalar da keçirilir. 21 noyabrdan başlanan aksiyalar zamanı Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib və qurumuş ağacların ətrafındakı boş sahələrə ümumilikdə 2000-dən çox müxtəlif cinsli ağac əkilib.

 

Aksiyalarda fəal iştirak edən hər kəsə, ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına təşəkkürümüzü bildiririk. Vətəndaşlardan xahiş edirik ki, qurumuş və təhlükəli ağaclar barədə Nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər"

 

Gülnar İsmayılova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman