“Mixaylo, qəhrəmanlığını qürurla anırıq” - TARİX MUZEYİNDƏ

14:16 17-12-2018 | icon 66 | Mədəniyyət
“Mixaylo, qəhrəmanlığını qürurla anırıq” - TARİX MUZEYİNDƏ

 

Milli Azərbaycan Tarixi Muzeyində “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Tofiq Ağahüseynov, AMEA-nın Birləşmiş Veteranlar şurasının sədri Eldar Quliyev, Azərbaycan İstiqlal Muzeyinin direktoru Şəmsi Fəridə, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru Əzizağa Qənizadə, Böyük Vətən müharibəsi veteranı, İtaliya müqavimət hərəkatında iştirak etmiş partizan Məşi Elyazovun qızı Əfruz Elyazova, sosial elmlər üzrə fəlsəfə doktoru, sosioloq İlham Abbasov, media nümayəndələri də tədbirdə iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayıb.

 

“Mixaylo”nun İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətindən danışan akademik, qeyd edib ki, M.Hüseynzadə həm öz qəhrəmanlığı ilə, həm də yaratdığı rəsm əsərləri ilə Azərbaycan xalqının yaddaşında özünə əbədi ad qazanıb. Azərbaycan ədəbiyyatında, publisistikasında, incəsənətində M.Hüseynzadənin adı daim təbliğ edilib. Akademik N.Vəlixanlı bildirib ki, Muzeyin fondlarında M.Hüseynzadəyə məxsus eksponatlar qorunur və nümayiş etdirilir.

 

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevə M.Hüseynzadənin əsirlik həyatından, keçdiyi döyüş yolundan bəhs edib.

 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə olunan Mehdi Hüseynzadənin rəsm əsərləri, qəhrəmanın incəsənət duyumu, fitri istedadı haqqında ətraflı məlumat verdi. M.Hüseynzadənin əsirlikdə olarkən M.Rəsulzadə ilə olan əlaqələrindən bəhs etdi.

 

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov çıxış edərək, qəhrəmanın xatirəsini yad etdiklərinə görə Muzey rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirdi. M.Hüseynzadənin uşaqlıq illərindən, ailəsinin və partizan yoldaşlarının xatirələrindən danışdı.

 

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev isə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən M.Hüseynzadə kimi azərbaycanlı partizanların adının yaşadılmasında 1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində çalışan Heydər Əliyevin misilsiz xidmətləri haqqında çıxış etdi.

 

Tədbirdə Mehdi Hüseynzadənin Muzeydə mühafizə olunan şəxsi əşyalarından ibarət kiçik sərgi təşkil olunub.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

Kitabələri dinləndirən qadın