“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

17:05 18-12-2018 | icon 164 | Siyasət
“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

 

 

İlqar Altay: “Amma "Ərəb baharı" kimi oxşar proseslərin baş verməsi qədər güclü təsirlərin olacağı real görünmür”

 

 

“Gürcüstan müxalifətinin mitinqlərlə hansısa bir nəticəyə gələcəyini güman etmirəm. Amma Gürcüstanda baş verən demokratik dəyişikliklər Azərbaycan cəmiyyətində də müəyyən canlanma yarada bilər”.

 

Bunu Versus.Az-a hüquq eksperti İlqar Altay Gürcüstan müxalifətinin prezident Salome Zurabişvilini tanımamaq məqsədi ilə keçirdiyi mitinqlərin region dövlətlərində yarada biləcəyi təsirlər ətrafında verdiyi şərhində bildirib. 

İ.Altay Gürcüstandakı mitinqlərin əhəmiyyətsizliyini seçkilərin ciddi qüsurlar müşahidə olunmadan, şəffaf şəkildə keçirilməsi ilə əlaqələndirib:

 

“Yeni prezident Salome Zurabişvili kifayət qədər tanınmış, beynəlxalq titullu, həm də partiyasız,  bioqrafiyası müstəqil olan təmiz şəxsdir. Onun prezidentliyi Saakaşvilinin namizədi Vaşadzeni narahat etsə də, həm xalqı, həm Qərbi, həm də Rusiyanı qane edir. Müasir dövrdə Gürcüstana iki beynəlxalq qütblə mųnasibəti sabit saxlamaq daha məqbul və sərfəlidir”.

 

Ekspert  eyni zamanda Gürcüstanda baş verən demokratik dəyişikliklərin Azərbaycanda da müəyyən canlanma yarada biləcəyini qeyd edib:

 

“Amma "Ərəb baharı" kimi oxşar proseslərin baş verməsi qədər güclü təsirlərin olacağı real görünmür. Əvvəla Qafqaz regionunda millətlər və cəmiyyətlər, xüsusiyyətlər fərqlidir. Məsələn, Ermənistandakı demokratik dəyişiklik Gųrcüstandan neçə illər sonra baş verdi. Gərək orqanizm daxildə prosesə tam hazır olsun ki, xarici impulslarla hərəkətə gəlsin”.

 

Ekspert Azərbaycan müxalifətinin xarici impulslarla hazır olmadığını önə çəkib:

 

“Müxalifət movcud iqtidarın güclü resursları və təzyiqləri altındadır. Eyni zamanda, hələ də daxili problemlərini həll edə bilmir. Bu mənada istənilən an miqyaslı proseslərə hazır olması mümkün deyil. Bunun üçün münbit şərait yetişməlidir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

Partiya sədrindən maraqlı təklif

“Ölümün də qarşısını ala biləcəyik”

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bu, erməni faşizmini dəstəkləməkdir

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ