"İnsanlar vətən uğrunda döyüşməkdə, övladlarını ön cəbhəyə göndərməkdə tərəddüd edə bilər"

11:26 20-12-2018 | icon 189 | Siyasət
"İnsanlar vətən uğrunda döyüşməkdə, övladlarını ön cəbhəyə göndərməkdə tərəddüd edə bilər"

 

İqbal Ağazadə: "Hökumət dərhal onları qəbul etməlidir ki, aksiyalara ehtiyac qalmasın" 

 

 

"Aprel ayında prezidentin imzaladığı sərəncamdan sonra şəhid ailələrinə verilməli olan 11.000 manat bu gün xeyli mübahisə yaradır. Böyük bir qisim şəhid ailələri verilən bu vəsaitdən məhrum edilərək, qeyri-qanuni surətdə hüquqları tapdanır və təəssüf ki, hökümət nümayəndələri də bu məsələyə adekvat cavab verə bilmirlər. Hüquqi nöqteyi-nəzərdən izah etməyə çalışırlar ki, kimlərsə övladları şəhid olarkən hansısa bir dönəmdə bu pulu bu və ya digər şəkildə almışdılar".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Partiya sədri qeyd edib ki, prezidentin verdiyi sərəncam aprel ayında verilibsə və bu qanunvericilik bazasına çox sonralar daxil edilibsə, deməli bundan əvvəl verilən hər hansı bir yardım həmin prezidentin verdiyi sərəncama şamil oluna bilməz:

 

"Məsələn, bu və ya digər şəkildə verilən sığorta haqları və yaxud da hansısa bir icra strukturunun etdiyi əvəzsiz yardımlar şəklində və sair. Prezidentin verdiyi sərəncam yenidir, yeni sərəncam olduğuna görə də əvvəlki tarixə qədər şəhid olanların heç birinin bundan istifadə hüquqları olmayıb. Ona görə də istisnasız halda hər bir şəhid ailəsinə bu vəsait verilməlidir.

İkincisi, əgər şəhid ailəsi iddia edirsə ki, ona bu vəsait çatmayıb, hüquq-mühafizə orqanları, o cümlədən də səlahiyyətli dövlət qurumları bu məsələyə anlayışla yanaşmalı, onların küçə-küçə nümayiş keçirməsinə, yürüş etməsinə, hansısa orqanların qapısında qalmasına şərait yaratmamalı, əksinə, onları dərhal qəbul etməli, aidiyyatı üzrə dövlət qurumları hansı siyahıda nələrin səhv, nələrin düz getdiyinə rəğmən aydınlaşdırma aparmalı və şəhid ailələrinin haqqını verməlidir.

Dövlət bu gün Ermənistan-Azərbaycan münaqişəsi cəbhəsində hələ problemləri həll etməmiş bu tipli məsələlərin ortaya çıxmasında vətənpərvərliyə, ordu quruculuğuna, o cümlədən insanların Qarabağ və Qarabağa yönəlik istəklərinə ciddi zərbə vurur və ikrah doğuran bir siyasət aparır. Bunun nəticəsi çox ağır ola bilər. İnsanlar vətən uğrunda döyüşməkdə, övladlarını ön cəbhəyə göndərməkdə tərəddüd edə bilərlər.

İşğalçı ölkədə də bizdə baş verən bu olaya baxırlar, qiymət verirlər. Hökümətin şəhid ailələri üçün ayırdığı 11.000 manat vəsait elə də böyük vəsait deyil. Təkcə Ukrayna ilə müqayisə etsək, Ukraynada itirilən hər bir hərbçiyə görə ailəsinə 50.000 dollar dəyərində vəsait ayrılırsa, Azərbaycanda bu gün bu vəsait cəmi 7.000 dollara bərabərdir. Düşmən Ermənistanda da bu tipli məsələlərlə bağlı çox korrekt siyasət aparırlar. Baxmayaraq ki, bizlə müharibə edirlər, baxmayaraq ki, iqtisadi vəziyyətləri də bizdən aşağıdır".

 

İqbal Ağazadə partiya olaraq hökümət nümayəndələrini, səlahiyyətli dövlət qurumlarını, kütləvi informasiya vasitələrini, o cümlədən ictimai-siyasi təşkilatları belə məsələlərə anlayışla yanaşmaqlarını və bunun gələcək fəsadlarından qaçmaq, ölkədə vətənpərvərlik ab-havasına xələl gələ bilən hər hansısa bir prosesin getməməsi üçün dərhal bu məsələlərin öz həllini tapmasına çağırdıqlarını bəyan edib:

 

"Hökümətin ayrı-ayrı strukturlarına da müraciət edirik ki, bu məsələlərdə tezliklə vətəndaşların etiraz edə biləcək bir zərrə yeri qalmadan dərhal onları hər kəs qəbul etməlidir. Daha onlar küçələrdə kimlərinsə qapılarının qarşısında aksiyalar keçirməyə ehtiyac duymamalı, buna məcbur edilməməlidirlər. Çox təəssüf edirəm ki, bu olayda içlərində şəhid övladı olmaqla yanaşı 2 nəfər həbs olunub. Həbs olunanların dərhal azad olunmalarını tələb edir və qeyd edirəm ki, bu hərəkət nə hüquqa, nə də mənəviyyata sığmır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman