““Zirvə”də hələ ki, heç kim heç kimin gözündə "pis kişi" olmaq istəmir” - MÜSAHİBƏ

13:55 20-12-2018 | icon 205 | Siyasət
““Zirvə”də hələ ki, heç kim heç kimin gözündə "pis kişi" olmaq istəmir” - MÜSAHİBƏ

 

Razi Nurullayev: “Siyasətdə limiti bitmiş sayılan insanları yəqin ki, hələ də xilaskar kimi görənlər var

 

 

AXCP sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi

 

- Razi bəy, dekabrın 25-də "zirvə toplantısı"-na cəm olanlar KXCP-də toplaşacaq. Görüntülər nədən xəbər verir?

 

- Bu barədə mövqeyimi, fikirlərimi ictimaiyyətə açıqlamışam. Mənim fikirlərimi bir kənara qoyaq, gəlin görək xalqın özünün ənənəvi müxalifətin bu “zirvə”sinə münasibəti necədi. Sosial mediadan oxuduqlarımdan və eşitdiklərimdən gəldiyim qənaət budur ki, xalqda bu qüvvələrin bu günkü birlik nümayişinə ciddi inamsızlıq var. Yəqin ki, səbəb ənənəvi müxalifətin bu siyasətinin “köhnə paltara təzə yamaq vurmaq” kimi görünməsidir.

 

Bu gün heç kimin təşəbbüsünə və hərəkətlərinə tənqidi yanşmaq istəməzdim. Yolları açıq olsun. Bu da onların seçimidir.

Çox gözəl bilirsiniz ki, Azərbaycanda səmimi və açıqsözlü siyasətçilər tükənib. Bu gün sözügedən toplantıda bulunan siyasətçilərin əksəriyyəti könülsüz olaraq ordadılar. Bunu açıq şəkildə etiraf etməsələr də, əmin olun ki, belədir. Yəni hələ ki, “zirvə”də heç kim heç kimin gözündə "pis kişi" olmaq istəmir. Ürəyinin istəmədiyi, qəlbinin yatmadığı, hətta yüz faiz razılaşmadığı məsələlərə tam təbəssüm və razılıq ifadəsilə var gücü ilə əl çalacaqlar. Ta o vaxta kimi ki, birlik yaranmadan fiaskoya uğrayacaq. Sonra yenə kimlərsə kimlərisə bu “zirvə”nin baş tutmamasında ittiham etməyə başlayacaq. Müxalifətin başqa-başqa adlarda yaratdığı bütün birliklərdə proses bu cür davam edib və bu dəfə də “toplananların yeri dəyişsə də, cəm dəyişməyəcək” reallığıyla barışası olacaqlar.

 

- Siyasətdə limiti bitmiş sayılanların yanında bu və ya hansısa səbəbdən olmaq digərlərinə nə qazandıra bilər?

 

- Bu ritorik və nisbi məsələdir. Siyasətdə limiti bitmiş sayılan insanları yəqin ki, hələ də xilaskar kimi görənlər var. Onları əksər qisim "bitmiş" hesab etsə də, müəyyən qisim də müdafiə edir. Bu isə siyasəstçilərin yox, yaşadığımız cəmiyyətin problemidir.

 

- Razi bəy, şəhid vərəsələri bu gün haqlı olaraq etiraz səsləriniqaldırdılar. Bu barədə sosial mediada sizin də fikirləriniz oldu. Necə düşünürsünüz, şəhid vərəsələrinin həbsi ilə vərəsələrin aksiyasını təşkil edənlər arasında hansısa bağlılıq, iqtidara qarşı məqsədli anlaşma ola biləmi?

 

- Reallıq budur ki, şəhid ailələrinin problemi var və onlar dövlət idarələrinin qarşısında piket və aksiyalar təşkil edirlər. Bu narazılıqdan istifadə edən qüvvələr isə həmişə olub və olacaq. Amma bu problemi o qüvvələrə bağlayıb, şəhidləri və ailələrini gözardı etmək dəhşət olardı. Ortada Prezidentin fırmanı var və əlaqədar orqanlar zəhmət çəkib problemi həll etsinlər ki, bu cür ehtimallar da ortaya çıxmasın. Yox, əgər belə bir çirkin niyyətlər varsa, bu da uzun sürməyəcək və hər şey olacağına varacaq. Mən hər bir halda partiya olaraq, bir Azərbaycan vətəndaşı olaraq şəhid vərəsələrinin haqqının tapdanmamasını tələb edirəm.

 

- Bu gün gündəmi zəbt edən məsələlərdən biri də şəhid Mübariz İbrahimovun ünvanına sosial şəbəkədə təhqirlər yazan tələbə qızdır. Onun barəsində məhkəmələrə müraciət edilir, hətta bəzi deputatlar bunu milli məclis səviyyəsinə qaldırdılar. Həqiqətənmi yaranmış vəziyyətdən başqa çıxış yolu yox idi?

 

- Mübariz İbrahimovun atası demişkən, xalq o xanımın cavabını verdi. Bu məsələ bitməlidir. O gənc xanımdır, tələbədir və fikirlərini ifadə edib, cavabını da alıb. Daha vəzifəli və tanınmış şəxslərin onu məhkəməyə verməsi, hədələməsi, həbsə atdırmaq istəməsi doğru deyil və cəmiyyət də bunu qəbul edə bilməz. Bir tələbənin fikirlərinə çəkili insanların bu qədər önəm verməsinin özü yanlışlıqdır. Xalq sözünü deyib və bundan sonra kim bu işi təzədən qazıyırsa, demək ki, subyektiv səbəbləri var. Heç kim xaqldan uca deyil, o da sözünü deyib. Vəssalam.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman