Millət vəkili Tovuzun içməli su problemini həll etdi

15:17 20-12-2018 | icon 100 | Cəmiyyət
Millət vəkili Tovuzun içməli su problemini həll etdi

 

“Sabah Tovuzumuzun 5 kəndində yeni içməli su xəttinin açılışı olacaq. Bu gözəl hadisə münasibətilə seçicilərimi təbrik, cənab Prezidentə isə təşəkkür edirəm”.

 
Versus.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. O, bu sevindirici hadisə münasibətilə seçicilərini, Xatınlı, Qaraxanlı, Əlimərdanlı, Qədirli və Çilodvarlı kənd sakinlərini təbrik edib:
 
 
"5 kəndimizin əziz sakinlərinin içməli su ilə bağlı yaşadıqları böyük problemləri kəndlərimizi ziyarət zamanı yerində görüb narahat olurduq və onların müraciətlərini bir neçə dəfə Milli Məclisdə qaldıraraq “Azərsu” ASC-nin rəhbərliyinə müraciətlər edərək problemin həllinə yardımçı olmağa çağırıb, xahiş və təkliflərlə çıxış etmişdim. Cənab Prezidentimizə xüsusi təşəkkürlərimi bildirirəm ki, onun imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq bu 5 kəndin də  içməli su ilə bağlı yaşadıqları problemin həlli üçün vəsait ayrılması nəzərdə tutulmuşdu və qısa zamanda işlər başa çatdı. İlk öncə cənab Prezidentimizə kəndlərimizin içməli su ilə təminatının yaxşılaşdırılmasına göstərdiyi dəstəyə görə öz adımdan və seçicilərim adından, bütün Tovuz ictimaiyyəti adından təşəkkür edirəm".
 
Millət vəkili eyni zamanda “Azərsu” ASC-nin rəhbərliyinə, əməyi keçən hər kəsə, rayon icra hakimiyyətinə də təşəkkürünü ifadə edib:
 
 
"Sabah Milli Məclisin Səhiyyə komitəsinin iclası və vacib müzakirələr səbəbi ilə kəndlərdə açılış mərasimində iştirak edə bilməsəm də, bütün sakinlərimizi bir daha təbrik edirəm. İnşallah yaxın günlərdə bu kəndlərimizi ziyarət edəcəm və onlarla görüşəcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi