PREMYERADA TOY ƏHVAL-RUHİYYƏSİ

19:36 23-12-2018 | icon 166 | Şou-biznes
PREMYERADA TOY ƏHVAL-RUHİYYƏSİ

 

“Caspian Media Group” şirkətinin istehsal etdiyi “Qaynana 2018” filminin premyarası baş tutdu.

 

Xəbər verdiyimiz kimi bu filmdə yenə də köhnə dünya görüşlü qaynana müasir cavanların istəyi ilə toqquşur. Xalq artisti Flora Kərimovanın canlandırdığı Canan adlı qaynana var-dövlət, şan-şöhrət aludəsi olduğu üçün oğluna imkanlı ailədən qız almaq arzusunda olsa da, oğlu evlərində çalışan qulluqçunun qızı ilə evlənmk niyətindədir. Bunu öyrənən ana narazılığını bildirir və bütün hadisələr bundan sonra cərəyan etməyə başlayır...

 

Qaynana olan yerdə mütləq toydan söz düşməlidir. Filmin prodüseri Hüseyn Cavadzadə filmin premyerasından əvvəl bir toy fraqmentini də həyata keçirdi. Filmin nümayişindən əvvəl kinoteatrın foyesində Vağzalı sədaları səsləndi və əsərin qəhrəmanları – iki qaynana, iki bəy və iki gəlin- musiqiçilərin müşaiyyəti ilə qırmızı xalıya çıxdılar.

 

Hazırki film 1978-ci ildə çəkilmiş “QAYNANA” filminin 40 illiyinə həsr olunub. Filmdə, korifey sənətkarımız Nəsibə Zeynalovanı da görürük. Məhz son kadrları izləyən müasir qaynana ailəsində yaranmış vəziyyətlə barışmalı olur və oğluna xeyir-duasını verir. Beləliklə, film toyla bitir.

 

Rollarda Flora, Kərimova, Səfa Mirzəhəsənov, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Joy Azum Ogochukvuv, İlham Namiq Kamal, Elməddin Cəfərov, Riad Abdulov və başqaları çəkilmişdir. Filmin prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynovadır.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman