İranlı həkimləri Bakıda fəaliyyət göstərəcəklər

21:53 23-12-2018 | icon 584 | Sağlamlıq
İranlı həkimləri Bakıda fəaliyyət göstərəcəklər

 

Dərdlərinə İranda çarə axtaran xəstələrin işləri asanlaşdı

 

 

Versus.Az xəbər verir ki, dekabrın 21-də Bakının Siti Hospital tibb müəssisəsində Azər-İran Klinikasının açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri, həkimlər, İrandan gələn 20-yə yaxın mütəxəssis həkim, media nümayəndələri iştirak ediblər.

 

Səhiyyə nazirinin müavini Elsəvər Ağayev, Siti Hospitalın baş həkimi Turan Abdullazadə, eləcə də İrandan gələn həkim qrupunun rəhbəri Məcidi Qütbi jurnalistlərin suallarını cavablandırıb, xəstəxananın yaranma zərurəti və əhəmiyyətindən söz açıblar.

 

Öncə Elsəvər Ağayev yeni klinikanın açılışı barədə məlumat verərək, bunu iki dövlət arasında uzun illər davam edən müzakirə prosesinin məntiqi nəticəsi kimi dəyərləndirib.  Bildirib ki, ölkələrimiz arasında iqtisadi, ticari, humanitar sahələrdə hökumətlərarası komissiyaların vaxtaşırı iclasları keçirilir. Komissiyaların mart ayında Tehranda keçirilən 12-ci iclasında belə bir tibb müəssisəsinin yaradılması və həkimlərin münbit texniki şəraitlə təmin olunması öz əksini tapıb:

 

“İki ölkə rəhbərinin tapşırığına əsasən, hər iki ölkənin səhiyyə nazirliklərinin birgə əməkdaşlığı və hökumətlərarası komissiyaların protokollarına uyğun olaraq İran həkimlərinin Azərbaycanda fəaliyyət göstərməsi nəzərdə tutulub və məkan olaraq özəl müəssisə kimi Siti Hospital seçilib”.

 

Məlumatda o da vurğulanıb ki, klinikada 12 sahəni əhatə edən şöbə fəaliyyət göstərəcək. Bu tibb müəssisəsində əsasən İranın Təbriz və Tehran Universitetinin adlı-sanlı həkimlərinin, professorlarının, müəllimlərinin xəstələri qəbul etməsi nəzərdə tutulur.

 

Nazir müavini Azər-İran Klinikasının açılışını iki dövlət arasında əməkdaşlıq əlaqələrinin inkişafı prosesində ilkin mərhələ adlandırıb. Bildirib ki, iranlı həkimlərin istəyinə uyğun olaraq ilkin mərhələdə kompakt tibb müəsisəsinin yaradılması arzusu irəli sürülüb və bu da Səhiyyə Nazirliyi tərəfindən dəstəklənib.

 

“İkinci addımda İran tərəfindən azərbaycanlı gənclərin Təbriz universitetində tədris almaları üçün şərait yaradılacaq. Bununla əlaqədar Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən universitetlərə tapşırıqlar verilib.  Mütəxəssislər qruplaşacağı təqdirdə onların Təbrizdə tədrisi gerçəkləşəcək” - deyə, E.Ağayev gələcəkdə daha bir klinikanın yaradılması ilə bağlı işlərin görüləcəyini də qeyd edib.

 

İran həkim qrupunun rəhbəri Məcidi Qütbi əsas məqsədlərinin Azərbaycanda işlədikləri müddət ərzində xəstələrə yüksək tibbi xidmətin göstərilməsinin olduğunu bildirib. O, klinika yeni olsa da, savadlı tibbi personalın iştirakı ilə xəstələrin şəfa tapmaları üçün bütün səylərini əsirgəməyəcəklərini söyləyib.

 

 

Klinikanın baş həkimi Turan Abdullazadə qonaqları salamlayıb, iranlı həkimlərlə qurulan bu müştərək işin müsbət əhəmiyyətə malik olduğunu qeyd edərək bu birgəliyi yüksək qiymətləndirib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman