Sizinlə fəxr edirik

00:48 24-12-2018 | icon 141 | Köşə
Sizinlə fəxr edirik

 

Dekabrın 24-ü ölkə Prezidenti cənab İlham Əliyevin ad günüdür. Görünür, mən də çox şanslıyam ki, dünya siyasi elitasının ən görkəmli nümayəndələrindən biri olan bu şəxsiyyətin vaxtilə təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dahi insan, ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən təntənəli mərasimin iştirakçısı olmuşam. Həmin mərasimdə universitet statuslu bu ali məktəbin rektoru Anatoli Torkunovun İlham Əliyev barəsində söylədiyi yüksək fikirlərdən sonsuz fərəh hissi keçirmişəm. MDBMİ -ni qırmızı diplomla bitirəndən sonra həmin təhsil ocağında müəllimlik edən, alimlik dərəcəsi alan İlham Əliyevin dərs dediyi tələbələrin təəssüratlarını dinləməkdən gözəl nə ola bilərdi axı...



2003 Prezident seçkilərində Prezident Aparatına akkreditə olunmuş jurnalist kimi onunla bərabər Azərbaycanın bütün bölgələrini gəzmək, bu dövlət xadiminə qarşı sakinlərin sevgisini, inamını yaxından hiss etmək də olduqca gözəl hisslərdir. İlham Əliyev biz jurnalistlərə qarşı olduqca səmimi və mehriban davranır, qayğılarımızla maraqlanırdı. Qədəm qoyduğu hər rayonda onu ümumxalq məhəbbəti ilə qarşılayırdılar. Məhz bu sevginin, inamın təcəssümü olaraq, həm 2003, həm də sonrakı seçkilərdə yekdilliklə ölkə Prezidenti seçildi.



Öz xalqını sevən, daim öz xalqı ilə bir olan, onun dəstəyinə güvənən Prezidentimiz, var olun hər zaman! Xalqımız sizi çox istəyir və hər zaman da sizin dayağınızdır! İnanırıq ki, Qarabağ və erməni işğalı altında olan bütün torpaqlarımız məhz Sizin apardığınız siyasət nəticəsində çox tezliklə azad olacaq, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkəsinə çevriləcək. Biz sizinlə hər zaman fəxr edirik!

 

ƏMRAH FƏQANOĞLU

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

Əli İnsanovun yersiz iddiaları

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi