Meşələrdə də kamera quraşdırıldı

23:17 27-12-2018 | icon 93 | Gündəm
Meşələrdə də kamera quraşdırıldı

 

Azərbaycanda artıq pilot layihə olaraq 5 rayonda - Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ rayonlarında meşələrdə müşahidə kameraları quraşdırılıb. Bu iş növbəti ildə də davam etdiriləcək.

 

Versus.Az xəbər verir ki, bunu “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə keçirilən dialoqda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, kameraların hədəfi 1650 metrlik məsafədir və bu məsafədəki obyektləri aydın görmək mümkün olur:

 

"Kameralar daha çox insan müdaxiləsinin olduğu ərazilərdə quraşdırılıb. 5 kamera 20 min hektar ərazini əhatə edir, əsasən giriş-çıxışı nəzarətdə saxlayır. Kameralar bizə yanğın hadisələri barədə də qısa zamanda məlumat almağa yardım edəcək. Kameralar Günəş batareyası ilə, onlayn qaydada, 24 saat ərzində fəaliyyət göstərir".

 

F.Əliyev qeyd edib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi Aran rayonlarında yerləşir.

Azərbaycanda ekologiyanın qorunmasına xüsusi diqqət yetirildiyini deyən nazir müavini bildirib ki, bu il yalnız payız mövsümündə 1 milyona yaxın ağac əkilib.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman