Yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün...

23:36 27-12-2018 | icon 32 | Cəmiyyət
Yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün...

 

Din xadimləri yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuya bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə qarşı müvafiq cəza tədbirləri görüləcək.

 

Qafqaz Müsəlmanları İdarəsindən Versus.Az-a verilən məlumata görə, bu barədə Qazılar Şurasının üzvləri və İdarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısında qeyd edilib.

Toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.

 

Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair QMİ Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli Fətvası var. Fətvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.

 

Göstərilən Fətvada, həmçinin, ölkəmizin iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir ki, bu da dövlətimizin qanunlarına müvafiqdir. Bununla bağlı İdarənin Aparat rəhbəri Simran Həsənov ətraflı şərh verib.

 

Tədbirdə bildirilib ki, erkən nikahlar mənfi hallara gətirib çıxarır. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Toplantıda Qazılar Şurası üzvlərinə tapşırıq verilib ki, bu məsələlərdə daha ayıq-sayıq olsunlar və erkən nikahların qarşısının alınması kimi ictimai əhəmiyyətli mahiyyətini və QMİ-nin mövqeyini məscidlərdə və məclislərdə dindarlara daha fəal şəkildə çatdırsınlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

Kitabələri dinləndirən qadın