Neft Fondunun investisiya siyasətinə dəyişiklik edilib

18:59 28-12-2018 | icon 80 | Siyasət
Neft Fondunun investisiya siyasətinə dəyişiklik edilib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Fərmana əsasən 2.1.7-ci yarımbənddə “BB-” və “Ba3” işarələri müvafiq olaraq “B-” və “B3” işarələri ilə əvəz edilir.

Həmin yarımbənddə qeyd edilir ki, bu qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndi ilə müəyyən edilən hallarda Neft Fondunun valyuta vəsaiti üzrə hesabların açıldığı, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.

 

3.3-cü bəndin səkkizinci yarımbəndi aşağıdakı redaksiyada verilir

“investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə (o cümlədən 1%-ə qədəri reytinqi “B-“ (Standard ənd Purz, Fiç) və ya “B3” (Mudiz) kredit reytinqindən aşağı olmayan, qalan hissəsi isə reytinqi “BB-“ (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan) qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya təsisatlardakı depozitlər.”.

 

investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri investisiya reytinqinə malik, lakin reytinqi “BB-“ (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan borc öhdəlikləri və ya təsisatlardakı depozitlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman