"Bütün siyasi qüvvələri, hakimiyyəti barış və dialoqa, milli həmrəyliyə çağırıram"

15:05 31-12-2018 | icon 45 | Siyasət
"Bütün siyasi qüvvələri, hakimiyyəti barış və dialoqa, milli həmrəyliyə çağırıram"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

 

"Hörmətli həmvətənlərim, dəyərli soydaşlarım!

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

 

Ötən əsrin 1988-ci ilində Azərbaycanda başlayan xalq hərəkatının gedişində 31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı məftillərin sökülməsi xalqımız üçün önəmli bir tarixə və birlik rəmzinə çevrildi. Həmin gün istər Quzeyli, istər Güneyli, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında həmrəylik günü kimi qeyd edilir.

İlin bu son anlarında dünyanın ayrı-ayrı nöqtələrində, o cümlədən planetin 70-dən artıq ölkəsində Azərbaycan ruhunu yaşadan bütün bacı və qardaşlarımızı Milli Həmrəylik Günü və yeni il münasibətilə təbrik edirəm.
Təəssüf ki, 2018-ci il xalqımız üçün heç də uğurlu bir il olmadı. İşsizlik artdı, qiymətlər bahalaşdı, əhalinin sosial vəziyyəti ağırlaşmaqda davam etdi. Sosial vəziyyətin ağırlığı bayram ovqatını azaltsa da, nikbin olmalı, sabaha ümidlə baxmalıyıq.

 

Arzu edirəm, 2019-cu il xalqımız üçün sülh, əmin-amanlıq, iqtisadi-siyasi sistemdə yeni dövrün başlanması, dialoq, barış, həmrəylik, siyasi məhbusların azad olunması, ölkəmizin demokratikləşməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Güneyli soydaşlarımızın öz haqlarına qovuşması ili olsun.

 

Bu bayram günlərində bir daha fürsətdən istifadə edib bütün siyasi qüvvələri, hakimiyyəti barış və dialoqa, milli həmrəyliyə çağırıram. Azərbaycanımızın nicatı, xalqımızın rifahı və əmin-amanlığı, ölkənin düşdüyü ağır iqtisadi vəziyyət, dövlətçiliyin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bunu hər birimizdən tələb edir.

 

Bir daha həmvətənlərimin hər birini Milli Həmrəylik Günü və Yeni il münasibətlə təbrik edir, 2019-cu ilin millətimizə, dövlətimizə, xalqımıza xeyirli, uğurlu olmasını diləyirəm.
Bayramınız mübarək!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Kitabələri dinləndirən qadın

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək