Bahalaşdı - SİYAHI

10:19 03-01-2019 | icon 101 | Sosial
Bahalaşdı - SİYAHI

 

2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.

 

Versus.Az xəbər verir ki, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında “Ət məhsulları” qrupu 0,2 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, “Tərəvəzlər” qrupu 4,7 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, “Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, “Araq, brendi (konyak)” qrupu 3,4 faiz, “Çaxır” qrupu 0,9 faiz, “Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.

 

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından “Geyim” qrupu 0,3 faiz, “Ayaqqabı” qrupu 0,1 faiz, “Mebel və ev əşyaları” qrupu 0,1 faiz, “Məişət cihazları” qrupu 0,3 faiz, “Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, “ Tibb təyinatlı digər məhsullar“ qrupu 0,3 faiz, “Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, “Velosipedlər” qrupu 2,7 faiz, “Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, ”Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.

 

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, “İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı“ qrupu 0,4 faiz, “Avtomobillərin təmiri” qrupu 0,7 faiz, “Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, “Mehmanxana xidməti” qrupu 1,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, “Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman