Erməni səfiri milli azlıqlara hörmətdən dəm vurub

15:55 04-01-2019 | icon 21 | Dünya
Erməni səfiri milli azlıqlara hörmətdən dəm vurub

 

Yeni ilin ilk günü Qazaxıstanın Karaqanda şəhərindəki restoranların birində ermənilərdən ibarət quldur dəstənin bu ölkənin bir vətəndaşını qətlə yetirməsi və üç nəfəri yaralaması yerli əhalinin böyük narazılığına səbəb olub.

Versus.Az Azərtac-a istinadla xəbər verir ki, qazax əhalisi arasında ermənilərə qarşı nifrətin güclənməsi fonunda Ermənistanın Qazaxıstandakı səfirliyi bəyanat yayaraq bu insidentdən millətlərarası təfriqə məqsədilə istifadə etməməyə çağırıb. Qətlə yetirilən 23 yaşlı Karaqanda sakininin ailəsinə başsağlığı verən və cinayətkarların tezliklə cəzalandırılacağına ümidvar olduğunu bildirən diplomatik korpusun bəyanatındakı erməni hiyləgərliyi ilə yazılmış cümlələr isə istehza doğurur: "Qazaxıstan milli azlıqlara böyük hörmətlə yanaşan çoxmillətli dövlətdir. Bu insidentlə ictimai rəydə manipulyasiya etmək və onu milli zəmində münaqişəyə çevirmək düzgün deyil". Faşist və qatı millətçi siyasət nəticəsində ərazisində milli azlıqlardan əsər-əlamət qalmayan və varlığını milli zəmində münaqişələr sayəsində qoruyub saxlayan Ermənistanın səfirinin bu sözləri törədilən cinayət fonunda qorxu hissinin əlamətidir.

 

Qazax mətbuatının xəbərinə görə, cinayətkar ermənilərdən ikisi saxlanılıb, biri isə axtarışa verilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Kitabələri dinləndirən qadın

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək