Deputat prezidentin təbrikini belə şərh edib

18:53 04-01-2019 | icon 16 | Siyasət
Deputat prezidentin təbrikini belə şərh edib

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki əslində həm də 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı bir növ qısa hesabat idi.

 

Versus.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, təqdim olunan rəqəmlərdən də göründüyü kimi, 2018-ci il xalqımız üçün bir sıra mühüm məsələlərlə əlamətdar oldu:

 

“Yola saldığımız 2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, bir sıra problemlərin həll edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və ən nəhayət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni münbit şərtlərin ortaya çıxması oldu. Bu qısa ümumiləşdirməni bir qədər dərindən təhlil etməyə çalışsaq görəcəyik ki, əldə etdiyimiz bu nailiyyətlər 2015-2017-ci illərdə ölkəmizdə həyata geçirilən konstitusion və istitusional islahatlar sayəsində mümkün olmaqla 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Yola saldığımız ilin aprel ayında keçirilən Prezident seçkiləri və onun nəticələri isə aparılan islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla, milli iradənin legitim əsaslar formalaşdıraraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun davam etdirilməsinin təminatçısı olub. Yəni Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər içində bu nailiyyətləri əldə edib”.

 

Millət vəkili qeyd edib ki, 2018-ci ildə Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb:

 

“Bunlar ilk növbədə Cənub Qaz Dəhlizi çərçivəsində bu layihənin mühüm seqmenti olan TANAP, yəni Trans-Anadolu qaz kəməri layihəsinin tikilib başa çatdırılması, eyni zamanda ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən "Star" neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə ölkəmiz üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, həmçinin Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb”.

 

H.Babaoğlunun fikrincə, yadda qalan əsas iqtisadi hadisələrdən bir də Sumqayıtda Polimer kimya sənayesi müəssisəsinin işə düşməsi olub ki, bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib:

 

“Ölkəmizdə çoxsaylı sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilərək istfadəyə verilib. Üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Görülən işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb ki, əslində bu da yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq”.

 

Deputat nəzərə çatdırıb ki, sosial sahədə də çox böyük işlər görülüb:

 

“Əhalinin aztəminatlı təbəqəsinin problemləri daim diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb və bu proses davam edir. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər".

O bildirib ki, yola saldığımız il Azərbaycanın beynəlxalq nüfuzunun artması ili kimi də səciyyələndirilə bilər. Beynəlxalq uğurlar sırasında ilk növbədə Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı "Tərəfdaşlığın prioritetləri" sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəd ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının bir daha Avropa İttifaqına üzv olan ölkələr tərəfindən dəstəklənməsi və qəbul edilməsi ilə əlamətdardır.

H.Babaoğlu əlavə edib ki, ikinci mühüm naliyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması sayıla bilər:

 

"Bu, Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiyalı və səmərəli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu Konvensiya Xəzər hövzəsində yeni cəlbedici iqtidadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivləri formalaşdıracaq. Ən əsas məsələ isə heç şübhəsiz ki, işğalçı ölkənin küncə sıxışdırılması, erməni təxribatına qarşı bir neçə uğurlu hərbi əməliyyatın keçirilməsi oldu ki, bu da 2019-cu ildə problemin həllinə yeni aktiv impulslar daxil etdi. Ona görə də 2018-ci il ən müxtəlif aspektlərdən baxanda olduqca uğurlu bir il kimi yadda qaldı”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Kitabələri dinləndirən qadın

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək