Erməni şəri

13:54 07-01-2019 | icon 47 | Hadisə
Erməni şəri

 

Qazaxıstanın Karaqanda şəhərindəki cinayətdən sonra situasiya idarəolunmaz vəziyyətdədir. Bu durum bizim həmvətənlərimizi narahat vəziyyətdə saxlayır, onların təhlükəsizliyini təhdid altında qoyur.

Versus.az xəbər verir ki, bu bəyanatı İşıqlı Ermənistan Partiyasının rəhbəri Edmon Marukyan paylaşıb. Populist siyasətçi Karaqandadakı baş verən cinayətin guya azərbaycanlıların günahı ucbatından törədildiyini iddia edib:

“İlkin müşahidələr göstərir ki, azərbaycanlılar millətlərarası mübahisəni alovlandırıb, onu antierməni aksiyasına çeviriblər. Son məlumatlara görə, millətlərarası və dini düşmənçiliyin alovlandırılması şübhəsi ilə araşdırma başladılıb. Situasiyanın çətinləşməsi ucbatından Ermənistan Xarici İşlər Nazirliyini təcili olaraq Qazaxıstan səfirini XİN-ə dəvət etməli və ondan Karaqanda şəhərində davam edən proseslərlə bağlı aydınlıq gətirilməsi tələb edilməli, rəsmi Astananın həmvətənlərimizin haqlarının müdafiəsi üçün hər şeyi etdiyinə əmin olunmalıdır”.

Qeyd edək ki, yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində yerləşən “Qədim Roma” restoranında kütləvi dava zamanı ermənilər 1 qazaxı öldürüb, 3-nü isə yaralayıb. Davanın iştirakçısı olan 2 erməni və 1 qazax həbs edilib. Bundan sonra qazaxlar ermənilərə qarşı aksiyalara başlayıblar.

Hətta bir neçə qazax millətçisi azərbaycanlılara məxsus “Bakı” restoranını erməni restoranı hesab edərək, buranın müvəqqəti bağlanmasını tələb ediblər.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman