Səfir: Paşinyan Dağlıq Qarabağla bağlı bəyanatlarında diqqətli olmalıdır

14:46 07-01-2019 | icon 54 | Siyasət
Səfir: Paşinyan Dağlıq Qarabağla bağlı bəyanatlarında diqqətli olmalıdır

 

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında diqqətli olmalıdır.

Versus.az xəbərverir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən trend-ə verilən məlumata görə, bunu Ukraynanın nüfuzlu telekanallarından biri olan “5 kanal”a müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyev deyib.

Diplomat müsahibəsində “Bakı prosesi”nin effektivliyindən, Azərbaycanın iqtisadi dirçəlişindən, turizm və hərbi sənayedə əldə etdiyimiz nəticələrdən bəhs edib.

Səfir bildirib ki, Prezident İlham Əliyev bütün ölkələrlə əməkdaşlıqda səmimidir, açıqdır: “Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasətçidir. Nəinki MDB məkanında, həmçinin Avropa və ABŞ-da çox tanınır. Ümummilli lider Heydər Əliyev yeni Azərbaycanın memarıdır, Prezident İlham Əliyev isə onun vətənpərvər, praqmatik siyasətini uğurla davam etdirir”.

A.Xudiyev müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağa münaqişəsinə də geniş yer verib:

“Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan münaqişə ilə bağlı bəyanatlarında diqqətli olmalıdır. Ermənistanın indiki hakimiyyətinin mövqeyi bölgədə hərbi münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Ermənistanın işğalçılıq siyasəti davam etməkdədir, onlar qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Təəssüf ki, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalmaqdadır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman