Xələf Xələfov müavin postundan azad olunub

15:22 07-01-2019 | icon 64 | Siyasət
Xələf Xələfov müavin postundan azad olunub

 

Həmin postun ləğv edildiyi barədə məlumatlar da yayılıb. 



Versus.Az Modern.az saytına istinadən xəbər verir ki, Xələf Xələfov xarici işlər nazirinin müavini postundan azad olunub və hələ ki, həmin vəzifəyə təyinat həyata keçirilməyib:

 

“Hazırda Xarici İşlər Nazirliyinə hansısa diplomatın yeni nazir müavini gətirilib-gətirilməyəcəyi barədə bir söz deyə bilmərik. Çünki nazirlikdə konkret hansısa post olmur. Məsələn, sonuncu dəfə Ramiz Həsənov nazir müavini təyin olunub. Ona görə də daimi nazir müavini postu yoxdur. Həmçinin bildirək ki, nazir müavinləri prezidentin sərəncamı ilə təyin olunur. Sadəcə, Xələf Xələfov nazir müavini postundan geri çağırılandan sonra yeni nazir müavininin təyin olunub-olunmaması rəhbərliyin verəcəyi qərardır. Əlavə nəsə demək olmaz”.

 

Qeyd edək ki, Xələf Xələfov ötən ilin  dekabrından xarici işlər nazirinin müavini postundan azad olunaraq, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Xələf Xələfov Xarici İşlər Nazirliyindən çıxarılmayanadək nazir Elmar Məmmədyarovun 6 müavini vardı. Hazırda isə Elmar Məmmədyarovun 5 müavini qalır: Araz Əzimov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev, Nadir Hüseynov və Ramiz Həsənov. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman