Azərbaycan vizasız səfər üzrə indeksdə bir pillə irəliləyib

12:17 08-01-2019 | icon 16 | Cəmiyyət
Azərbaycan vizasız səfər üzrə indeksdə bir pillə irəliləyib

 

Yanvarın 8-də "Henley & Partners" şirkəti dünya ölkələrinə vizasız səfər üzrə son dəyişiklikləri əks etdirən yeni pasport indeksini açıqlayıb.

Versus.Az Milli.Az-a istinadən xəbər verir ki, indeksin lideri Yaponiyadır. Bu ölkənin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər. Bir il əvvəl birinci yeri Almaniya (177 ölkəyə vizasız səfər) tuturdu. Hazırda Almaniya Fransa ilə 3-cü yeri (188 ölkə) bölüşür. İkinci mövqedə Cənubi Koreya və Sinqapur qərarlaşıb (189 ölkə).

Böyük Britaniya və ABŞ isə indeksdə 6-cı yeri (185 ölkə) bölüşürlər. Ekspertlər bu enişi (2015-ci ildə ilk sırada idilər) hər iki ölkənin "bağlı qapılar" siyasəti ilə izah edirlər.

 

2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları 3 ay əvvəl olduğu kimi, 66 ölkəyə vizasız səfər etmək imkanına malikdirlər. Azərbaycan bu göstərici ilə indeksdə bir pillə irəliləyərək 104 ölkə arasında 74-cü yeri tutur. Bir il əvvəl azərbaycanlılar 63 ölkəyə vizasız səfər edə bilərdilər.

Üç ay ərzində Rusiya, Türkiyə və Qazaxıstanın mövqeləri dəyişməyib - müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfərlər. Gürcüstan 2 ölkə ilə vizasız rejim haqqında müqavilə imzalamaqla 51-ci yeri (114 ölkə) tutur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Kitabələri dinləndirən qadın

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək