Bakıdakı parkinqlərə yeni qiymətlər qoyulacaq - RƏSMİ

17:00 08-01-2019 | icon 61 | Cəmiyyət
Bakıdakı parkinqlərə yeni qiymətlər qoyulacaq - RƏSMİ

 

 

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib. Amma hər bir parklanma yerində sürücülər saatından asılı olaraq, 1 manatdan başlayan ödənişlər etməyə vadar edilir.

 

Ötən ilin oktyabr ayının sonlarından başlayaraq isə parklanma qaydalarının pozulmasına görə cərimələrin yazılmasına da başlanılıb.

 

Bu gün isə Bakı şəhərində parkinqlərdə qiymətlərin artırıldığına dair məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri “Qış Parkı” və Azadlıq meydanının altında yerləşən parkinqlərdə qiymətlərin 2 dəfə artırıldığını qeyd ediblər:

““Qış Parkı”nda yerləşən parkinqdə 9:00-21:00 radələrində maşın saxmalaq üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 80 manatdır”.

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hələlik təmsil etdiyi qurum tərəfindən qiymət siyasəti müəyyən edilməyib:

“Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda “Neftçilər” prospekti - Hökümət  evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib. Bu istiqamətdə ciddi iş aparılmaqdadır”.

 

BNA rəsmisi qeyd edib ki, bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə baxılacaq:

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman