Kəsiri olan tələbənin kredit borcu necə hesablanır? 

17:20 08-01-2019 | icon 65 | Təhsil
Kəsiri olan tələbənin kredit borcu necə hesablanır? 

 

Sözügedən tələbələri maraqlandıran əsas məsələlərdən biri kredit borclarının hesablanma qaydasıdır. Tələbənin hər hansı bir fəndən kəsiri qalarsa, onun həmin fənn üzrə kredit borcu necə hesablanır?

Versus.Az AzEdu.az-a istnadən kredit borcunun hesablanma qaydasını təqdim edir:

Tələbə ixtisas üzrə müəyyən olunan müddətdə tələb edilən  kreditləri yığa bilmədiyi halda,  xaric edilmir. Həmin tələbə təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.

İzahı: Tələbənin hər hansı fənn  və  ya fənlərdən kəsiri qalırsa, o universitetdən qovulmur.

Məsələn, təhsil aldığınız fənnin illik təhsil haqqı məbləği 2000 Azn təşkil edir. Kəsriniz qalan fənnə uyğun götürdüyünüz bir fənnin kredit sayı 12-dir. Bu zaman, 2000 Azn-i 60-a bölərək, fənnin kredit sayına, yəni 12-yə vurmaqla bir fənn üzrə borcu hesablamaq mümkündür.

Düstur: 2000:60x12=400 Azn

Sizin bir fənn üzrə ödəməli olduğunuz məbləğ 400 Azn təşkil edir.

Əgər tələbə təqüd alırsa və bir semester kəsilibsə, borclu qaldığı halda aldığı təqaüd dayandırılır. Ancaq tələbə, nəzərdə tutulan fənlər üzrə kreditləri toplayarsa, onun təqaüdü sonrakı semestrdan bərpa edilir.

İzahı: Əgər təqaüd alırsınızsa və kəsilmisinizsə, kəsiriniz qaldığı müddətdə təqaüd almayacaqsınız. Kəsir bağlansa və heç bir borcunuz qalmasa, növbəti semester ərzindən yenidən təqaüd ala biləcəksiniz.

Qeyd: Bu qaydalar xüsusi təyinatlı ali təhsil müəssisələrinə şamil olunmur.

Xatırlatma: Tələbə ali təhsil müəssisəsini  bitirmək üçün tələb olunan kreditləri təhsil müddətindən sonrakı  3 ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri yenidən yığmalıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman