"Mehmanın həbsindən sonra bloggerlərin sayı azaldımı?"

10:27 09-01-2019 | icon 57 | Siyasət
"Mehmanın həbsindən sonra bloggerlərin sayı azaldımı?"

 

AXCP sədri Razi Nurullayev Mehman Hüseynovla bağlı yayılan xəbərlərə münasibət bildirib. Partiya sədri bildirib ki, bloger Mehman Hüseynovla bağlı demək olar ki, bütün partiya mənsubları bir neçə dəfə fikir bildirib, onu müdafiə edib. Bu gün isə özü Talk Tv və Cümhuriyyət Tv-yə geniş video müsahibə verib

 

Partiya sədrinin sözlərinə görə, Mehman Hüseynovun birinci həbsi belə yanlış idi:

 

"O, hər kəsin bildiyi, dediyi və gördüyü pis əməlləri bir az dekorasiya və daha yaxşı görüntü ilə təqdim edirdi. Məgər Mehman Hüseynov həbs ediləndən sonra bloggerlərin sayı azaldımı? Xeyr, lap çoxaldı və həm də daha da radikallaşdılar. Blogerin susdurulması üçün tətbiq edilən mexanizmlər dövlətin əleyhinə işləməkdədir.

Necə ola bilər ki, onun üzünə duran adamın həmin anda da şəxsi informasiyaları, ünvanı və telefonları cəmiyyətə ötürülür? Bu iş qurama prosesə bənzəyir və ciddi narahatlıq doğurur".

 

AXCP sədri vurğulayıb ki, Mehman Hüseynovun müdafiəsi üçün təşkil edilən piketin o şəkildə dağıdılması, jurnalistin saxlanılması da narahat edən mövzudur:

 

"İnanıram ki, Mehman Hüseynov məhkəmədə bəraət qazanacaq və tezliklə azadlığına qovuşacaq. Bu məsələ şişdikcə, cəmiyyətdə qarşıdurma və uçurumlar yaranır. İnanmaq istərdim ki, qanun son ədalətli sözünü deyərək, Mehmanı ona qarşı sürülən ittihamlarda təqsirli bilməyəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman