Ordu 20 yanvar faciəsini qeyd edəcək 

 

11:59 09-01-2019 | icon 73 | Cəmiyyət
Ordu 20 yanvar faciəsini qeyd edəcək 
 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.

 

Versus.Az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi, Naxçıvan və Gəncə Qarnizon Zabitlər Evləri kollektivlərinin iştirakı ilə faciəyə dair bədii kompozisiya və tamaşaların, eləcə də sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

 
Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman