Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq 

16:43 10-01-2019 | icon 84 | Maraqlı
Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq 

 

Müasir günümüzdə xüsusən də gənclərin bir çoxu tualetə girəndə mobil telefonlarını da özləri ilə aparırlar. Bəzən isə mobil telefona başı qarışanlar 30-40 dəqiqə vaxtını tualetdə keçirir.

 

Versus.Az bildirir ki, İngiltərənin Surrey universitetinin mikrobiologiya fakultəsinin tələbələri mobil telefonlarla bağlı araşdırma aparıblar. Məlum olub ki, tualetə aparılan cib telefonu bu mühitdəki mikrobları özünə yığır və əl, ağız və dəri yolu ilə bizə təhlükə yaradır.

 

Mobil telefonlarda tualetlərə nisbətən 18 dəfə çox bakteriya olur. Universitetin alimi doktor Simon Park mobil telefonların rabitə vasitəsi olması ilə birlikdə istifadəçilərin fərdi izlərini də daşıdığını bildirib. Telefonlara qida və içki bulaşır. Bu səbəbdən də bakteriyaların içində qida zəhəri tərkibliləri də olur.

 

Mütəxəssislər qeyd edirlər ki, mobil telefonu təmiz saxlamaq lazımdır. Mobil telefonu açıb hissələrini təmizləmək lazımdır. Batareyanı pambıq və ya xüsusi salfetlə silmək, kart bölməsi və digər bölgələri də diqqətlə təmizləmək lazımdır.

Düyməli telefonlar isə bakteriyalarla daha "zəngin" olur. Smartfonların düyməli olan modellərinin düymələri arasında bakteriya daha çoxdur. Bu səbəbdən əgər düyməli telefondan istifadə edirsinizsə, ən azı 2-3 aydan bir düymələri açıq qulaq çöpü ilə təmizləyin.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır