Kitabələri dinləndirən qadın

12:48 14-01-2019 | icon 106 | Ədəbiyyat
Kitabələri dinləndirən qadın

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində yerli Qadınlar Şurasının təşəbbüsü ilə görkəmli alim, ilk qadın-epiqraf Məşədixanım Nemətovanın 95 illiyinə həsr etdiyi “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı anım tədbiri keçirildi.

 

Versus.Az-ın məlumatına görə, tədbiri Muzeyin direktoru akademik Nailə Vəlixanlı açdı. O, görkəmli alim, ilk qadın-epiqraf olan M.Nemətova haqqında danışaraq, onun elmə vurğunluğunu, elm fədaisi olduğunu qeyd etdi.

 

Tədbirə təşrif buyurmuş AMEA İctimai bölmənin akademik-katibi akademik Nərgiz Axundova, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Bağırova, Muzeyin Numizmatika və Epiqrafika şöbəsinin müdiri, professor Əli Rəcəbli, professor Şahin Fərzəlibəyov, Bayraq Muzeyinin direktoru t.ü.f.d. Könül İmamverdiyeva AMEA müxbir üzvü Məşədixanım Nemətovanın elmi yaradıcılığından, Azərbaycanı qarış-qarış gəzib daş kitabələri araşdırıb mənasını bizə çatdırmasından bəhs etdilər.

 

İlk qadın-epiqraf olaraq, Məşədixanım Nemətova gecəni gündüzə qatıb, yorulmadan daşların üzərində yazılan tariximizi, torpaqlarımızın bütövlüyü uğrunda mənfur qonşu ölkənin alimləri ilə mərdanə vuruşan alimlərdəndir.

 

Tədbirdə professor Şahin Fərzəlibəyov bu qadının mərdliyinə, zəkasına həsr etdiyi bir şeyirini də oxudu.

Tədbirin sonunda M. Nemətovanın qızı, t.ü.e.d. Vəfa Quliyeva anası ilə bağlı ailə xatirələrindən danışaraq, tədbiri təşkil edənlərə və Muzeyin müdiriyyətinə öz minnətdarlığını bildirdi.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

Akif Əli vəzifəsindən uzaqlaşdırıldı

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

Ürək çatışmazlığının qarşısını alan dərman