20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçiriləcək

16:39 15-01-2019 | icon 37 | Cəmiyyət
20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçiriləcək

 

Yanvarın 16-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası 20 yanvar şəhid ailələri və əlilləri üçün tibbi aksiya keçirəcək.

 

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Versus.Az-a bildirib ki, aksiya “20 yanvar” Cəmiyyətində təşkil olunacaq. Humanitar aksiyanın məqsədi pasiyentləri operativ şəkildə müayinə və müalicə etmək, onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasındır. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

 

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 2005-ci ildən paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil