Qiymət artımı tütündən istifadənin qarşısını ala bilərmi?


Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadəyə maraqları çoxdur.
Versus.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.
Onun sözlərinə görə, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir:
"Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var".
ÜST rəsmisi bildirib ki, Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir.
O qeyd edib ki, həmin insanların da yarısı 70 yaşına çatmadan dünyalarını dəyişəcəklər:
"Ona görə də bunun qarşısını almaq üçün həyata keçiriləcək mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Bu da xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış ola bilər".
ÜST rəsmisi əlavə edib ki, tütün məmulatlarının reklamlarını azaltmaq laızmdır:
"Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm".
H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə, siqaret çəkənlərin sayı durmadan artacaq:
"Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər".
Xəbər lenti

23 fevralda icazəsiz mitinqin keçirilməsi ilə bağlı təşəbbüs ola bilərmi?
İlqar Altay: "Kicik qruplar halında bir-iki yerdə yıgişa biilərlər ki, kütləvi aksiyaya cəhd kimi görünsün"
Netanyahu Putinlə görüşməkdən imtina etdi
Xankəndidə Avropa Kubokuna hazırlaşırlar
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
ATƏT sədrinin Azərbaycana səfərinin tarixi açıqlandı
Musa Qasımlı: “Bununla erkən nikahın qarşısını alacağıq”
“Orta məktəb şagirdləri arasında sosiallaşma çox aşağıdır”
Əmrə Mor şəkillərini "like" edən modelə maşın bağışladı
Məşqçiyə 3,3 milyon dollar təzminat ödədilər
Bu şəxslərə siqaret çəkmək qəti qadağandır
Bakıda Avropa İttifaqının dəstəyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Nəhəng yırtıcını selfi çubuğu ilə çəkdi
Bakıda şok olay
"Azərbaycana olimpiya medalı gətirəcəyəm" - Nazim Babayev
Futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlandı - İngiltərədə
Putin: "Rusiyada 19 milyon yoxsul var"
İrəli
