“Azərenerji” xüsusi rejimdə işləyəcək

13:40 16-01-2019 | icon 52 | Gündəm
“Azərenerji” xüsusi rejimdə işləyəcək

 

Hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən müvafiq əmr verilib.

 

Versus.Az xəbər verir ki, “Azərenerji” ASC-nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, 17-18 yanvar tarixlərində enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər.

 

Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılması, Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarəti gücləndirilməsi də əmrdə xüsusi vurğulanıb.

 

Eyni zamanda “Azərenerji” ASC-nin müəssisələrinin, o cümlədən mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi qarşıya məqsəd qoyulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

"WhatsApp"da problem yaranıb

Prezident onları əfv etdi - SİYAHI