Direktor olmaq istəyənlərin nəzərinə

13:54 16-01-2019 | icon 28 | Cəmiyyət
Direktor olmaq istəyənlərin nəzərinə

 

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 575 nəfər namizədlə müsahibələr aparılıb.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir.

 

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 730 namizəd iştirak edəcək.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ