“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür


"Facebook" bu il mühüm seçkilər keçiriləcək Hindistan, Nigeriya, Ukrayna və Avropa İttifaqına üzv olan ölkələri üçün platformasındakı siyasi reklam qaydalarını sərtləşdirib.
Versus.Az report-a istinadən xəbər verir ki, bu barədə yerləşdirilən məlumata əsasən, belə tədbirin məqsədi seçkilərə müdaxilənin qarşısını almaqdır.
"Facebook"un qlobal siyasət və əhatə direktoru Kati Harbat bildirib ki, fevralın 16-da prezident seçkilərinin keçiriləcəyi Nigeriyada yanvarın 16-dan etibarən seçki ilə bağlı reklamları yalnız ölkədə yerləşən sifarişçilər verə biləcək. Fevral ayında eyni qayda martın 31-də prezident seçkilərinin keçiriləcəyi Ukrayna üçün də tətbiq olunacaq.
Aprel-may aylarına ümumi seçkilərin keçiriləcəyi Hindistana dair reklamlar isə "Facebook"dakı xüsusi elektron kitabxanaya yerləşdiriləcək. Habelə may ayında Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində də Avropa İttifaqına üzv olan ölkələr üçün siyasi reklamlz bağlı sərt qayda tətbiq ediləcək.
Versus.Az
Xəbər lenti

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO
İdmançımızın kəskin etirazı zalda alqışlandı
Problemli kreditlər yenə gündəmdədir
Azərbaycanda boşanma "epidemiyası" sürətlə yayılır
""Milli Şura"çılar öz havadarları qarşısında özlərini reklam edirlər"
Metrodan istifadə edənlər, xəbər var
Martın 1-dək - XƏBƏRDARLIQ
Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ
Aygün David Vendetta ilə bir yerdədir
Keyfiyyətli tədris üçün sinifdə neçə şagird olmalıdır?
"Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!"
RUSİYADAN QORXUNC AÇIQLAMA!
Sabahın hava proqnozu
Nişanlısından ayrılan Ledi Qaqa fermaya köçdü
Xəyyam Röya ilə barışmaq istədi
Hüseyn Dəryanın qızından tələb:
"İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar"
İrəli
