"Dağlıq Qarabağ münaqişəsi tamamilə həll oluna bilər, əgər..."

17:59 16-01-2019 | icon 55 | Qarabağ
 "Dağlıq Qarabağ münaqişəsi tamamilə həll oluna bilər, əgər..."

 

Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.

 

Versus.Az Milli.az istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

S.Lavrov bildirib: "Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də, Dağlıq Qarabağ nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Bu ay Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə növbəti görüşü planlaşdırılır. Fikrimcə, bu istiqamətdə də artıq köhnəlmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədrlər qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək münaqişənin nizamlanmasına kömək göstərə biləcəyik. Fikirləşirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

"WhatsApp"da problem yaranıb

Prezident onları əfv etdi - SİYAHI